Avstraliya Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdı

dek-16
05:42 2018
Avstraliyanın baş naziri Skott Morrison hökumətin Tel-Əviv əvəzinə Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə planını təsdiqləyib.
Sidneydəki institutda çıxış edən baş nazir bildirib ki, Qüdsdə Avstraliyanın ticarət və müdafiə nümayəndəlikləri açılacaq. Amma hazırda uyğun yer axtarışları səbəbindən səfirliyin köçürülmə məsələsi təxirə salınıb.

“Avstraliya artıq Qərbi Qüdsü İsrailin paytaxtı kimi qəbul edir”, - deyə Morrison bəyan edib.
Onun sözlərinə əsasən, Qərbi Qüdsün İsrailin paytaxtı kimi qəbul edilməsi Şərqi Qüdsün Fələstinin paytaxtı kimi qəbul edilməsi imkanı deməkdir. Amma bunun üçün isə iki dövlət arasında münaqişənin sülh yolu ilə nizamlanması lazımdır.

Səfirliyin Tel-Əvivdən Qüdsə köçürülməsi Avstraliyaya 144 milyon dollara başa gələcək. Yaxın vaxtlarda Qüdsdə əlavə konsulluq binası və müdafiə, ticarət məsələləri üzrə xüsusi bürolar açılacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər