Bakıda bayram yarmarkalarına start verildi

dek-11
06:09 2018
Bakıda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar – Yeni il bayramı münasibətilə bayram yarmarkalarına start verilib.

Trend xəbər verir ki, artıq bir neçə ərazidə yarmarka çadırları qurulub və fəaliyyətə başlayıb. Hazırda metronun “Elmlər Akademiyası, “28 May”, “Nəriman Nərimanov”, “Neftçilər” və “Gənclik” stansiyalarının qarşısında çadırlar qurulub. Çadırların quraşdırılmasında məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir. Bayram çadırlarının paytaxtın digər metrostansiyalarının qarşısında da quraşdırılması gözlənilir.

Xatırladaq ki, Bakı şəhər İcra hakimiyyəti tərəfindən ötən il paytaxtda 13 bayram çadırı qurulmuşdu.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər