15:49 1.10.2015 380

Sumqayıtda 100-ə yaxın təhsil işçisi küçədə qaldı: Prezident sərəncamına niyə əməl edilmir?

Sumqayıtda 100-ə yaxın təhsil işçisi küçədə qaldı: Prezident sərəncamına niyə əməl edilmir?

















Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının işsiz qalan bir qrup kollektivi Prezident Adminstrasiyasına, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, Ombudsman Elmira Süleymanovaya və Sumqayıt şəhər icra hakimiyyətinni başçısı Zakir Fərəcova məktubla müraciət ediblər

Məktubda bildirilir ki, AMİ Sumqayıt filialı ləğv edildikdən sonra, Prezident İlham Əliyevin sərəncamı yerinə yetirilməyib. Prezidentin sərəncamına əsasən filialın bütün maddi-texniki bazası, professor-müəllim heyəti, inzibati işçiləri Sumqayıt Dövlət Univeristetinə birləşdirilməli idi. Bu barədə KİV-ə müsahibə verən Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov da bildirmişdi ki, AMİ Sumqayıt filialının işçiləri prezidentin sərəncamına müvafiq qaydada işlə təmin ediləcəklər.
Təhsil Naziri Mikayıl Cabbarov Sumqayıt şəhərində Sumqayıt təhsil işçiləri və vətəndaşları ilə görüşündə qeyd edib ki, filialın ləğv edilməsi millət vəkili, Müəllimlər İnstitunun direktoru Aqiyə Naxçıvanlının arzusu ilə həyata keçirilib. Görüşdə SDU rektoru Elxan Hüseynov da iştirak edib. Təhsil naziri filial işçilərinin şikayətlərinə etinasız yanaşıb. Onlara “Əlinizdə diplomunuz var. Hamınız da ali təhsillisiniz. Gedin özünüzə iş tapın” kimi tövsiyə də verib. Bundan sonra Sumqayıt Dövlət Universitetinin rəhbərliyi filialın köçürülməsi prosesini öz daxili qanunları ilə həyata keçirib. Əvvəlcə işçilərə göstəriş verilib ki, SDU-ya öz CV-lərini təqdim etsinlər. Sonra da bildiriblər ki, imtahan ediləcəklər.
İmtahana analıq məzuniyyətində olanlar buraxılmayıblar. Məktubda o da qeyd edilir ki, texniki işçilərin kadr seçimində kompüter proqramlarını mükəmməl bilən, ingilis və rus dillərində səlis danışıq qabiliyyəti olan magistr təhsillilərə üstünlük verəcəyik kimi şərtlər qoyulub. SDU rəhbərliyi dəfələrlə qeyd edib ki, bura universitetdir. Burada yalnız elmlər namizədi, elmlər doktorları işləyə bilər. Aparılan imtahanın nəticələrindən sonra 75 nəfər müəllim və texniki işçi işə qəbul edilib. Ən maraqlısıda odur ki, attestasiyadan keçsə də işə qəbul edilməyənlərlə yanaşı, imtahandan kafi nəticə göstərdiyi halda, işə qəbul edilənlər də olub. Hətta, onların arasında orta təhsillilərə də təsadüf edilib. SDU rəhbərliyi işə qəbul etdiyi kadrların demək olar ki, böyük əksəriyyətini öz ixtisasına uyğun olmayan vəzifələrdə yerləşdirib. İşə götürülən kadrların əksəriyyəti onların tələb etdiyi kriteriyalara cavab vermir. Daha çox ən zəif kadrlar işlə təmin edilib.Ən savadlı kadrlar əksəriyyəti işlə təmin edilməyib. SDU rəhbərliyinin kadr seçiminə narazılıq edənlərə belə cavab verilib:“Hara istəyirsiniz, gedin şikayət edin. Lap Təhsil nazirliyinə qedin”.
Təhsil nazirliyi edilən şikayətlərə cavab vermir. Hazırda filialın 100-ə yaxın işçisi işsiz qalıb. Onların arasında ailə başçısini itirmiş, aztəminatlı ailələr, işsiz qalan gənc kadrlar, ailəsində yataq xəstəsi olanlar da var.
Məktubda ittiham edilən Təhsil nazirliyi və SDU rəhbərliyinə müraciət etdik. Təhsil nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirdi ki, şikayət məktubunu nazirliyin elektron ünvanına göndərin: “Oxuyub, araşdırıb sizə bir açıqlama verərik.”
Təhsil nazirinin müşaviri İlham Pirməmmədov isə heç bir zəngimizə cavab vermədi. Sumqayıt Dövlət Universitetinin Tədrisin təşkili və texnologiyalar üzrə prorektoru Natiq Talıbovla da bağlantı yaratmaq cəhdimiz baş tutmadı. Prorektorun katibəsi kim olduğumuz haqda bilgi əldə etdikdən sonra bildirdi ki, 5 dəqiqədən sonra zəng edin. Amma sonrakı zəngimizdə bizə başqa şöbənin telefon nömrəsini verib, səhv zəng etmisiniz, bu nömrə ilə əlaqə saxlayın dedi.
Prorektor N.Talıbov bizimlə oyun oynamaq əvəzinə ittihamlara açıqlama vermədiyinə görə verəcək bir cavabı olmadığını sübut etdi.
Ümid edirik ki, əlaqədar təşkilatlar tez bir zamanda məktubu cavabsız buraxmayacaq, məmur özbaşınalıqlarının qarşısını almaq üçün xüsusi tədbir görəcəklər. Yoxsa məmurlar vəzifə borclarını unudub özlərini rəhbərlik etdikləri təşkilatın sahibi kimi aparmaqda davam edəcəklər.
Görəsən Təhsil Nazirliyi və SDU rəhbərliyi sərəncamı necə yerinə yetirdikləri barədə Prezident qarşısında nə məruzə edəcəklər?Xeberle.com
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:48

Narkomaniya-Əsrin bəlası

23:36

Namiq Mürsəlov: 44 günlük Vətən Müharibəsinin nəticələri bütün xalqımız kimi xocalıların da coxillik qanayan yarasına məlhəm oldu

23:28

Bu gün Ağsu şəhərində Xocalı faciəsinin 29-cu il dönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir

15:00

Ağdam rayonunun Tərnöyüt kəndi - VİDEO

14:32

Xocalı soyqırımında əlindəki fənər 6 yaşlı uşağı xilas edib - VİDEO

13:55

Prezident: “Biz Xocalıya qayıdacağıq. Başqa yolu yoxdur!”

13:52

Prezident: “Dağlıq Qarabağ” ifadəsini işlətməməliyik”

13:48

Ərdoğan: “Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm”

13:20

Vətəndaş Məmnunluğu - FOTOLAR

13:08

Əlihüseyn Mayılov: Tarix boyu xalqımızın başına gətirilən bütün faciələr azadlıq, müstəqillik uğrunda mübarizə aparmağımız, bu yoldan çəkilməməyimiz səbəbindən başımıza düşmənlərimiz tərəfindən gətirilmişdir

12:47

Əli Hüseynov: XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ

12:02

İlham Əliyev: “Azərbaycan pandemiyanın əvvəlindən vəziyyəti nəzarətdə saxlayır”

11:41

İlham Əliyev: “Hər hansı bir qisas cəhdi Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq”

11:29

“Haber Global”: “Tarixdə dəhşət səhifəsi olan Xocalı” - FOTO

11:25

Prezident: “Ermənistandan istənilən təxribat yersizdir”

11:20

Nazirlikdən AÇIQLAMA - Əgər pensiyaçı 12 ildən çox yaşayırsa... - VİDEO

11:15

Prezident: “Əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın”

11:11

Çavuşoğlu Xocalı qurbanlarını andı - FOTO

11:06

İlham Əliyev: “Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür”

11:02

İlham Əliyev mətbuat konfransı keçirir - CANLI YAYIM

10:32

Meksika və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı

10:28

Hikmət Hacıyev: "Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik"

09:33

Xocalı soyqırımının şahidi: “Ermənilər atamı öldürdü, qardaşım itkin düşdü” - VİDEOREPORTAJ

09:28

Mehriban Əliyeva: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz” - FOTO

09:17

İlham Əliyevdən Xocalı paylaşımı - FOTO

09:09

Prezident İlham Əliyev “Ana harayı” abidəsini ziyarət etdi

09:00

Xocalı soyqırımından 29 il ötür

15:00

Qubadlının Yusifbəyli kəndindən görüntülər - VİDEO

14:04

III Qarabağ savaşı başlaya bilər: ruslar tərəf tutacaq? - GƏLİŞMƏ

14:01

Nikol Paşinyan Baş Qərargah rəisini vəzifədən azad etdi

13:31

23 şəhid ailəsi himayəyə götürüldü

13:23

“1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq”- Gerçək tarixin müzakirəsi

13:19

Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü - FOTO

13:17

Bugünkü futbol matçlarında Xocalı soyqırımı qurbanları yad ediləcək