15:40 1.10.2015 340

Xanlar Fətiyev: millətə yox biznesinə vəkil olan deputat

Xanlar Fətiyev: millətə yox biznesinə vəkil olan deputat

















Qarşıdan gələn parlament seçkiləri ilə bağlı öncədən olan “ciddi dəyişikliklər olacaq”, “hakim komanda islahatlara gedir” kimi ümidlər puç olmaqdadır

Yeni Azərbaycan Partiyasının siyahısında yeni adlara rast gəlinsə də bu ümumi planda azlıq təkil edir və yenə də “köhnələr”in, yəni susqun biznesmen deputatların ali qanunverici orqanda üstünlük təşkil edəcəyi anlamına gəlir. Cumhuriyyet.az olaraq parlament seçkiləri ilə bağlı xüsusi rubrikaya başlayırıq. “Deputatınız: Ona səs verməyə dəyərmi?” başlıqlı rubrikamızda ilk olaraq 39 saylı Kəpəz (birinci) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Xanlar Fətiyev haqda bəhs edəcəyik. İlk olaraq deptatın özü haqqında bilgilərlə tanış olaq:

Xanlar Fətiyev kimdir?

Milli Məclisin “dilsiz” deputatlarından sayılan Xanlar Fətiyev 15 yanvar 1972-ci ildə Bakı şəhərində doğulub. 1988-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin sənaye və mülki tikinti fakültəsinə daxil olub. İş fəaliyyətinə 1988-ci ildə “Azərtransqaz” nəzdində 2 saylı səyyar mexanikləşdirilmiş dəstədə fəhlə kimi başlayan deputat 1990-1991-ci illərdə “Betonçu” kooperativində iqtisadiyyat və istehsalat üzrə mühəndis, 1992-1994-cü illərdə isə həmin kooperativdə sədr vəzifəsində işləyib.
O, 1994-1997-ci illərdə “Elruz” kiçik müəssisəsində sədr, 1997-2003-cü illərdə “Avestas” firmasının baş direktoru, 2003-2004-cü illərdə “Aznur” MMC-nin baş direktoru vəzifələrində çalışıb. 2004-cü ildən bu günə kimi isə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində işləyir. 39 saylı Kəpəz birinci (Gəncə) Seçki Dairəsindən Milli Məclisə deputat seçilib. Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür. Rəhbərlik etdiyi “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin direktoru vəzifəsini Kamran Qılman oğlu Nəzərov, direktorun birinci müavi postunu Bağban Qoca oğlu Nəbiyev, direktor müavini vəzifələrini isə Şəhla Fərhad qızı Abdinova, Etibar Vilayət oğlu Qasımov, Amin Allahverdi oğlu Əliyev icra edir.

Milyonları necə qazandı?

Məlumatlarda deputatın rəhbərlik etdiyi Gəncə Avtomobil Zavodunda MAZ 555102-223-600, MAZ 551605-271, MAZ 650108-270-011, MAZ 457043, MAZ 533605-222, MAZ 544005-030-030, MAZ 642208-232, MAZ 643008-070- 010, MAZ 651608-220-600, MAZ 953000-014 markalı yük maşınlarının, BELARUS 1221, BELARUS 132H, BELARUS 320, BELARUS 321, BELARUS 80.1, BELARUS 80X, BELARUS 82.1, BELARUS 892, BELARUS 921.3 markalı traktorların, eləcə də DEM-114, ESU-150, FRS-200M, KO-456-10, KO-456-16, KS-55727-1-11, M-21 x2s, MUP-320 və MUP-351 markalı xüsusi təyinatlı texnikaların baha qiymətə satıldığı vurğulanır. Bundan başqa, 1986-cı ildə əsası qoyulmuş “Gəncə Avtomobil Zavodu”nun sovetlər birliyinin dağılması nəticəsində tikintisinin yarımçıq qaldığını və yalnız 2004-cü ilin dekabrında işə düşdüyünü vurğulayan məlumatı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, deputat zavodun 35 hektar ərazisini də ucdantutma satıb. Onun haqqında yayılmış digər məlumatlarda isə bildirilir ki, deputat zavoda da çox ciddi maxinasiya hallarına yol verib.

Gəncədən “fayton gəlir”, yoxsa milyon?..

“Xanlar Fətiyevin daha bir “keyfiyyəti” Kür çayından Gəncə Avtomobil Zavoduna, eləcə də Avtomobilçilər qəsəbəsinə gələn 10 kilometrlərlə iri diametrli dəmir boruların satılaraq mənimsənilməsi zamanı üzə çıxıb. Amma Gəncə Avtomobil Zavodu bu günə kimi ayrılan külli miqdarda investisiyaya baxmayaraq, müəssisə müstəqil olaraq heç bir maşın növü istehsal edə bilməyib. Ötən il ərzində zavodda 1000-ci traktor konveyerdən çıxsa da, “Aqrolizinq” ASC ilə aralarında bağlanmış 35 milyon manatlıq dəyərində 500 ədəd traktorun qiymətlərini süni olaraq şişirtməklə 10 milyondan çox vəsaitin mənimsənildiyi iddia olunur. Bundan başqa, qısa müddət ərzində Gəncədə traktor istehsalının artırılması Belarusdan gətirilmiş texniki hissələrin gömrük rüsumundan azad olması ilə izah edilir. Lakin ehtiyat hissələrinin ucuz başa gəlməsinə baxmayaraq, yığılan traktorun qiyməti 25-30 min manata satılır. Yəni Xanlar Fətiyev bu sahədə şəffaflığın olmamasından yararlanaraq külli miqdarda gəlir əldə etməyə müvəffəq olur. Yəqin ki, müvafiq dövlət qurumları tezliklə bu məsələyə aydınlıq gətirəcəklər”, – deyə mənbə bildirir.

Bakıdakı biznesinin izi ilə…

İddia edilir ki, Xanlar Fətiyevin Gəncə şəhəri ilə yanaşı, Bakıda da biznes şəbəkəsi yarada bilib. Belə ki, onun paytaxtın Yasamal rayonunda bir neçə iri biznes obyekti var. Deputat olduğu müddətdə Bakıda özünə iri biznes strukturları qurmağa müvəffəq olan deputatın Yasamal və Nəsimi rayonlarında bir neçə apteki və digər obyektləri fəaliyyət göstərir: “Hələ bu azmış kimi, bu gün də şəhərdə yeni obyektlər də tikdirir. Bu isə sakinlərin ciddi narazılığına səbəb olur. Buna “Sovetski”də də şahid olduq. Çünki Xanlar Fətiyevin göstərişi əsasında aparılan tikinti işləri “Sovetski” sakinlərini evlərindən didərgin düşməyə məcbur etdi. Ona bu işdə Yasamal Rayon İcra Hakimiyyətinin də köməyi az dəymədi”.

Onu kimlər himayə edir?

Mənbə bildirir ki, Fətiyev ötən ilin aprel ayında Milli Məclis Aparatının Ümumi şöbəsinin müdiri Təlatüm Quliyevlə qohum olub. Kürkəni Böyükağa Quliyev isə AZAL Dövlət Konsernində işləyir. Bundan əlavə, mənbə cumhuriyyet.az-a bildirib ki, deputat hər yerdə Baş nazir Artur Rasizadə ilə də yaxın qohumluq əlaqələrinə malik olduğu deyir. Gəncə Atomobil Zavodunun rəhbəri olmasını da bununla izah edir. Bu informasiyanın da nə dərəcə doğru olub-olmadığı bir tərəfə, deputatın Azərbaycan Respublikasının Konstitusiyasını pozaraq, biznesmenə çevrilməsi ciddi suallar ortaya qoyur. Çünki qanunda deputatın biznes fəaliyyəti ilə məşğul olması birmənalı olaraq qadağandır. Maraqlıdır ki, Fətiyevə bu qadağanı pozmağa kim səlahiyyət verib?

Parlamentdə susub, biznesdə danışmaq

Məlumatda vurğulanır ki, Fətiyevin deputat olduğu bu müddət ərzində bircə dəfə olsun parlamentin iclaslarında çıxış etməməsi seşçiciləri tərəfindən həmişə qınaqla qarşılanıb. Maraqlıdır, görəsən, deputat niyə danışmır? Məgər, onun mətbuat vasitəsilə seçicilərinə, ictimaiyyətə, geniş auditoriyaya deyəcək sözü yoxdurmu? Yoxdur, çünki deputatı seçicilərinin problemi deyil, sahib olduğu milyonların gələcək taleyi düşündürür. Mətbuatda ise Fətiyevin bir neçə açıqlamasına rast gəlmək olar ki, bu da “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi və “Kəpəz” futbol klubu ilə bağlıdır. Bu məsələ onun üçün daha çox önəm daşıyır. Ona görə də biznesinin və əldə etdiyi milyonların gələcək taleyi onu daha çox narahat edir.

Yarıtmazlıq

Fətiyev bu günə qədər iki federasiyaya rəhbərlik edib. Amma heç birində işininin öhdəsindən gəlməyib. Rəhbərlik etdiyi hər iki federasiyadakı işi sözün əsl mənasında fiasko ilə nəticələnib. Başlayaq Gəncə Futbol Federasiyasından. Xanlar Fətiyev ölkənin ikinci ən böyük şəhərinin futbol federasiyasına Qərb bölgəsində futbolun inkişafına nail olmaq üçün gətirilmişdi. AFFA rəhbərliyinin səyləri nəticəsində Gəncə Futbol Federasiyası yaradıldı və Xanlar Fətiyev onun rəhbəri təyin edildi. Amma millət vəkili həm federasiyaya, həm də “Kəpəz”ə rəhbərliyi dövründə nəyinki heç bir irəliləyişə nail olmadı, əksinə klubu tamamilə dağıtmaqla yadda qaldı. Kluba ayırdığı cüzi maliyyəni də ora yerləşdirdiyi qohumları və yaхın adamları yedi, “Kəpəz” faktiki olaraq tariхin yaddaşına qovuşdu (indi AFFA rəhbərliyi klubu yenidən bərpa edib). Əslində, Xanlar Fətiyevin məqsədi heç də futbolun inkişafına dəstək vermək deyildi. Millət vəkili olmaqla yanaşı Gəncə Avtomobil Zavoduna və böyük biznes imperiyasına rəhbərlik edən Xanlar Fətiyevin məqsədi “futbola dəstək” adı ilə yeni biznes imkanları əldə etmək, müəyyən güzəştlərə nail olmaq idi ki, istəyinə nail oldu.
Xanlar Fətiyev hazırda Azərbaycan Üzgüçülük Federasiyasına rəhbərlik edir. Amma bu federasiyada da yumşaq desək işlər ürəkaçan deyil. Demək olar ki, Üzgüçülük Federasiyasının heç bir fəaliyyəti görünmür. Düzdü, müəyyən yarışlar keçirilir, хarici idmançılar milliləşdirilir, amma nəticə yoхdu. Bunun əsas səbəbi də federasiyaya ayrılan vəsaitin Xanlar Fətiyevin yaхın ətrafı tərəfindən mənimsənilərək təyinatı üzrə sərf olunmamasıdı. Xanlar Fətiyev ən böyük faiskosunu “Bakı-2015” I Avropa oyunlarında yaşadı. Yarışlar başlamadan əvvəl iddialı açıqlamalar verən federasiya rəhbəri ondan sonra susmağa üstünlük verdi. Səbəb isə “Bakı-2015″də heç bir uğurun qazanılmamamı oldu. Piasport.az-a verilən məlumata görə, millət vəkili “Bakı-2015″dən əvvəl ölkə rəhbərliyinə bir neçə medal qazanacaqları ilə bağlı böyük vədlər verib. Lakin yarışların medal sıralamasında Azərbaycan üzgüçülərinin adı yer almayıb.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:06

Katolikos: “Ermənistan uçurumun kənarındadır”

13:02

Buz sürüşməsi 10 insanın həyatına son qoydu, 150-dək insan itkin düşdü - VİDEO

12:58

Bu yarmarkalarda məhsullar ucuz satılır - ÜNVANLAR

12:52

3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunacaq

12:45

İsveçrədə koronavirus vaksinindən 16 nəfər öldü

12:38

200 gündən artıq bağlı qalan Bakı metrosu barəsində RƏSMİ AÇIQLAMA

12:34

Ermənistanda ordu dövlət çevrilişində israrlıdır

12:32

Baş nazirdən işsizlərlə bağlı VACİB QƏRAR

12:26

“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır

23:48

Narkomaniya-Əsrin bəlası

23:36

Namiq Mürsəlov: 44 günlük Vətən Müharibəsinin nəticələri bütün xalqımız kimi xocalıların da coxillik qanayan yarasına məlhəm oldu

23:28

Bu gün Ağsu şəhərində Xocalı faciəsinin 29-cu il dönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir

15:00

Ağdam rayonunun Tərnöyüt kəndi - VİDEO

14:32

Xocalı soyqırımında əlindəki fənər 6 yaşlı uşağı xilas edib - VİDEO

13:55

Prezident: “Biz Xocalıya qayıdacağıq. Başqa yolu yoxdur!”

13:52

Prezident: “Dağlıq Qarabağ” ifadəsini işlətməməliyik”

13:48

Ərdoğan: “Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm”

13:20

Vətəndaş Məmnunluğu - FOTOLAR

13:08

Əlihüseyn Mayılov: Tarix boyu xalqımızın başına gətirilən bütün faciələr azadlıq, müstəqillik uğrunda mübarizə aparmağımız, bu yoldan çəkilməməyimiz səbəbindən başımıza düşmənlərimiz tərəfindən gətirilmişdir

12:47

Əli Hüseynov: XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ

12:02

İlham Əliyev: “Azərbaycan pandemiyanın əvvəlindən vəziyyəti nəzarətdə saxlayır”

11:41

İlham Əliyev: “Hər hansı bir qisas cəhdi Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq”

11:29

“Haber Global”: “Tarixdə dəhşət səhifəsi olan Xocalı” - FOTO

11:25

Prezident: “Ermənistandan istənilən təxribat yersizdir”

11:20

Nazirlikdən AÇIQLAMA - Əgər pensiyaçı 12 ildən çox yaşayırsa... - VİDEO

11:15

Prezident: “Əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın”

11:11

Çavuşoğlu Xocalı qurbanlarını andı - FOTO

11:06

İlham Əliyev: “Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür”

11:02

İlham Əliyev mətbuat konfransı keçirir - CANLI YAYIM

10:32

Meksika və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı

10:28

Hikmət Hacıyev: "Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik"

09:33

Xocalı soyqırımının şahidi: “Ermənilər atamı öldürdü, qardaşım itkin düşdü” - VİDEOREPORTAJ

09:28

Mehriban Əliyeva: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz” - FOTO

09:17

İlham Əliyevdən Xocalı paylaşımı - FOTO