14:59 1.10.2015 508

Halal “Hacı pivəsi” halaldırmı?

Halal “Hacı pivəsi” halaldırmı?

















Eyyub Hüseynov: “İçkinin adı pivədirsə, onda standarta görə, gərək tərkibində mütləq alkoqol olsun”

Hacı Şahin Həsənli: “Bilmirəm, nəyə görə ona “Hacı pivəsi” deyilir…”


Bu söz birləşməsi dilimizə çoxdan yer tapıb və vəsiqə də qazanıb – “Hacı pivəsi”… Ölkədə dini meyllərin artması ilə bu içki növü də mağazaların piştaxtalarında yer almağa başlayıb. Və təkcə Azərbaycanda yox. Hazırda dünyanın müxtəlif ölkələrində tərkibində alkoqolun dərəcəsi 3, 6, 9 və 12 faiz olan pivələr istehsal olunur. Spirtli içkilərdən imtina edən şəxslər üçün tərkibində alkoqol olmayan xüsusi pivə növü də hazırlanır. Elə sonuncunun adına da el arasında “Hacı pivəsi” deyirlər.
Xeberci.info musavat.com-a istinadən bildirir ki, “Economist” jurnalının hazırladığı bir məqalədə göstərilib ki, Orta Şərqdə alkoqolsuz pivəyə xüsusi diqqət var. 2013-cü ildə 1.1 milyard litr miqdarında pivə istehsal olunub. Bu rəqəm 5 il öncəsi ilə müqayisədə 80 faiz artıb. Rəqəmlərlə daha detallı danışaq: 2012-ci ildə iranlılar 2007-ci illə müqayisədə 4 qat daha çox spirtsiz pivə istehlak ediblər. Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərində də istehlakçıların spirtsiz pivəyə yönəlik damaq zövqü artmaqdadır. Amma sözügedən bölgədə spirtli içki hələ də daha çox satılır.
İran firması “Behnuş”ün istehsal etdiyi Delster pivəsi 1979-cu il İslam inqilabının ardınca spirtsiz versiyada istehsal olundu. Qəzzada Həmasın 2005-ci ildə seçilməsinin ardınca fələstinli bira firması Taybeh də rəngi yaşın olan “halal pivə” istehsal etməyə başladı.
Dubaydan “Euromonitor” araşdırma firması üçün işləyən Maii Abdul-Rahmen isə satışların artmasını istehlakçıların dəyişən arzuları ilə əlaqələndirir. Livanlı spirtsiz pivə istehlakçısı Lazizanın marka yönəticisi Guilda Saberin isə bu məsələdə fərqli yanaşması var. O, hesab edir ki, pivə içmək də “Coca Cola” və ya meyvə suyu içmək kimi qlobal yaşam tərzi istəyilə bağlıdır.
Amma spirtsiz içki istehsalçılarının miqdarı artdıqca firmalar da fərqli bazar axtarışına çıxırlar. Məsələn, Moussy reklamlarında modaya uymağa çalışan bir qrup kişi və qadın çimərlikdə içərkən göstərilir. Birell isə kişilərə daha çox xas olan bir görüntü tərcih edib: alkoqolsuz pivənin reklamında futbol matçı izləyən bir qrup kişi yanlarından keçən bir qadının arxasınca baxır.
Bəzi pivə istehsalçıları hesab edirlər ki, bölgədə dini meyllərin artması ilə onların məhsullarına da maraq artır. Məsələn, normal halda spirtli pivə istehsaı edən “Türk-Efes” 2011-ci ildə “Efes Zeroy”u satışa çıxarıb. Digər firmalarsa narahatdılar ki, istehlakçılar dini inanclarını daha da dərinləşdirəcəkləri halda Qərbdən gələn hər şeyə arxalarını çevirəcəklər.
Dosye xarakterli məlumatlarda isə göstərilib ki, spirtsiz pivə də arpadan alınır. Spirtsiz olduğundan ondan istifadəyə şəriət icazə verir. Dini baxımdan heç bir qadağa yoxdur. dini ekspertlər hesab edir ki, “Hacı pivəsi”nə görə dindarlara irad tutulması yanlışdır. Tərkibində alkoqol olmayan içkinin istehlakı məqbuldur. Quran və hədislərdə yalnız ağlı başdan aparan, insan iradəsinə təsir edən içkilər, xüsusilə də şərab isə haram sayılır. Bundan başqa, Səudiyyə Ərəbistan və Misirli din adamları müsəlmanların alkoqolsuz pivə içməsinin caiz olması ilə bağlı fətvalar yayımlayır.
****
“Məşədi Dadaş” məscidinin imam camaatı, “Mənəvi dünya” ictimai birliyinin sədri, ilahiyyatçı Hacı Şahin Həsənli aktual.az-a bildirib ki, bu içki bir çox müsəlman ölkələrində istehsal olunur və istifadə edilir: “Pivənin tərkibi arpa suyudur, spirti yoxdursa, şəriət alimləri onun içilməsini qadağan etmir. Bu cür pivə bir çox müsəlman ölkələrində istehsal olunur. Ancaq bilmirəm, nəyə görə ona “Hacı pivəsi” deyirlər. Şəriətin göstərişinə görə, içkidə alkoqol yoxdursa, istifadə etmək olar”.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, bu pivələrdə alkoqol “0” faizdir: “O sahədə vəziyyət problemsizdir. Nəzarət tədbirləri aparılıb və heç bir problem yoxdur. Həqiqətən də, normativ sənədlər var və müvafiq sənədlərlə təmin olunub. Pivənin keyfiyyəti standarta uyğundur”. O məhsulların keyfiyyətini təsdiq edən sənədlər varsa, təbii ki, onu qəbul etmək olar”.
Amma dünyada bu “halal içki” söhbətinin şitini çıxaranlar da var. Belə ki, xüsusən Avstraliyada yaşayan müsəlman kəsimi hədəf seçən bəzi firmalar “halal şampan” istehsal edirlər. Onlardan biri internet səhifəsində “çox özəl, spirtsiz içki, əvəzsiz dadı və halal standartlarına görə istehsal edilib. Qızılı-sarı rəngi və ən keyfiyyətli üzüm dadı ilə həyatınıza yeni bir dad gəlsin” şüarı ilə bazara çıxarılıb. Amma firmanın bu həmləsi Avstraliyadakı müsəlman toplumu içində “spirtsiz olsa da, bir içki halal ola bilərmi” dartışmasını gündəmə gətirdi. Məhsul üçün Almaniyada halal məhsul sertifikatı alınması isə dartışmanı alovlandırdı.
Firma təmsilçiləri isə bildiriblər ki, tərkibində spirt olmayan məhsullar bir qayda olaraq halal sayılır. Onlar bununla bağlı Almaniyadakı “İslamisches Zentrum Hamburg e.V” adlı dərnəkdən sertifikat da alıblar.
Azad İstehlakçı Hüquqları Birliyinin sədri Eyyub Hüseynov isə mediaya açıqlamasında bildirib ki, hazırda yalnız Azərbaycanda deyil, bütün dünyada halal məhsullarla bağlı istehlakçıların aldanması prosesi gedir: “Ən qatı xristian ölkələrində, Cənubi Afrikanın xristian hissəsində, hətta Ermənistanda da halal mal nişanı ilə məhsul satılır. Azərbaycanda “Halal” mal nişanı ilə 20-yə yaxın mallar var. Bu bazarın belə geniş spektrdə olması və izlənmə prosesinin olmaması dindar istehlakçıların aldadılması ilə nəticələnir”.
E.Hüseynov deyir ki, dövlət orqanının funksiyasını mənimsəyən dini qurumun belə standart verməsi qeyri-qanunidir. “Düzdür, yəhudilərdə belə bir təcrübə var. Amma orada ravvinlər gecə-gündüz istehsal prosesini izləyirlər. Tarladan istehlakçının stolunun üstünə qədər izləyirlər. Bizdə belə bir izlənmə sistemi yoxdursa, bir kağız parçası verməklə istehlakçını aldatmaq düzgün deyil”.
E.Hüseynov hesab edir ki, halal standartını HASSP sisteminin üzərində qurmaq olar. Bu, malın ekoloji təmizliyini izləyən bir sistemdir. “Əgər bura halal izləmə sistemi də əlavə olunsa, onda natural halal məhsul bazara çıxarmaq mümkün ola bilər”. Məkkədə, İranda arpa suyundan alkoqolsuz içki hazırlanır və müsəlmanlar bunu içir. Amma bunu “pivə” adlandırmırlar.
Eyyub Hüseynov deyir ki, içkinin adı pivədirsə, onda standarta görə, gərək onun tərkibində alkoqol olsun: “İstənilən kataloqda baxsanız, görəcəksiniz ki, pivənin tərkibində alkoqol olmalıdır. İçkinin üzərinə “Hacı pivəsi” yazmaq dini inanca, etikaya sığmayan bir məsələdir”.
AİB sədri deyir ki, halal adı altında haram mal aldığını sübut etmək və məhkəməyə müraciət etmək istəyən şəxslər onların yardımından istifadə edə bilər. Amma hələlik sırf bu məsələ ilə bağlı məhkəməyə müraciət edən olmayıb.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:48

Narkomaniya-Əsrin bəlası

23:36

Namiq Mürsəlov: 44 günlük Vətən Müharibəsinin nəticələri bütün xalqımız kimi xocalıların da coxillik qanayan yarasına məlhəm oldu

23:28

Bu gün Ağsu şəhərində Xocalı faciəsinin 29-cu il dönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir

15:00

Ağdam rayonunun Tərnöyüt kəndi - VİDEO

14:32

Xocalı soyqırımında əlindəki fənər 6 yaşlı uşağı xilas edib - VİDEO

13:55

Prezident: “Biz Xocalıya qayıdacağıq. Başqa yolu yoxdur!”

13:52

Prezident: “Dağlıq Qarabağ” ifadəsini işlətməməliyik”

13:48

Ərdoğan: “Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm”

13:20

Vətəndaş Məmnunluğu - FOTOLAR

13:08

Əlihüseyn Mayılov: Tarix boyu xalqımızın başına gətirilən bütün faciələr azadlıq, müstəqillik uğrunda mübarizə aparmağımız, bu yoldan çəkilməməyimiz səbəbindən başımıza düşmənlərimiz tərəfindən gətirilmişdir

12:47

Əli Hüseynov: XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ

12:02

İlham Əliyev: “Azərbaycan pandemiyanın əvvəlindən vəziyyəti nəzarətdə saxlayır”

11:41

İlham Əliyev: “Hər hansı bir qisas cəhdi Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq”

11:29

“Haber Global”: “Tarixdə dəhşət səhifəsi olan Xocalı” - FOTO

11:25

Prezident: “Ermənistandan istənilən təxribat yersizdir”

11:20

Nazirlikdən AÇIQLAMA - Əgər pensiyaçı 12 ildən çox yaşayırsa... - VİDEO

11:15

Prezident: “Əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın”

11:11

Çavuşoğlu Xocalı qurbanlarını andı - FOTO

11:06

İlham Əliyev: “Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür”

11:02

İlham Əliyev mətbuat konfransı keçirir - CANLI YAYIM

10:32

Meksika və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı

10:28

Hikmət Hacıyev: "Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik"

09:33

Xocalı soyqırımının şahidi: “Ermənilər atamı öldürdü, qardaşım itkin düşdü” - VİDEOREPORTAJ

09:28

Mehriban Əliyeva: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz” - FOTO

09:17

İlham Əliyevdən Xocalı paylaşımı - FOTO

09:09

Prezident İlham Əliyev “Ana harayı” abidəsini ziyarət etdi

09:00

Xocalı soyqırımından 29 il ötür

15:00

Qubadlının Yusifbəyli kəndindən görüntülər - VİDEO

14:04

III Qarabağ savaşı başlaya bilər: ruslar tərəf tutacaq? - GƏLİŞMƏ

14:01

Nikol Paşinyan Baş Qərargah rəisini vəzifədən azad etdi

13:31

23 şəhid ailəsi himayəyə götürüldü

13:23

“1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq”- Gerçək tarixin müzakirəsi

13:19

Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü - FOTO

13:17

Bugünkü futbol matçlarında Xocalı soyqırımı qurbanları yad ediləcək