Zərdab: İllərin uğur estafeti davam edir

sen-29
20:50 2015
Zərdab: İllərin uğur estafeti davam edir
























Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev ümumi inkişafın təmin olunmasında, ən başlıcası isə adamların güzəranının yaxşılaşmasında, zəruri ehtiyaclarının ödənilməsində önəmli rolu vardır

Əhalinin elektrik enerjisi, qaz, su ilə təchizatı daim diqqət mərkəzindədir. Elektrik və qaz təsərrüfatının inkişaf etdirilməsi istiqamətində son dövrdə xeyli iş görülmüşdür. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq, rayon ərazisində elektrik təsərrüfatı yenidən qurulur. Zərdab— Əlvənd və Zərdab— Bıçaqçı istiqamətində hava xətlərinin yenidən çəkilməsinə başlanılmış, köhnə transformatorlar yeniləri ilə əvəz edilmişdir. Çallı və Təzəkənd kəndlərində də zədələnmiş transformatorlar təzələnmişdir. Sarıqaya və Siləyli kəndlərində nasos stansiyalara xidmət edən xarab transformatorlar təmir edilmişdir. Şəhər ərazisində 4, Dəli Quşçu, Körpükənd, Çallı kəndininin hər birində 1 transformator yeni və müasiri ilə əvəz olunmuşdur. Hazırda 0,4 kV-luq açıq hava xətlərinin SİP kabel xətləri ilə əvəz olunması işləri aparılır.

Prezident İlham Əliyevin tapşırığına və müvafiq dövlət proqramına uyğun olaraq, rayonun kəndlərində qaz xətti çəkilişi davam etdirilir. Hazırda Qoruqbağı, Sarıqaya, Çallı, Şahhüseynli, Burunlu, Körpükənd, Alıcanlı, Şəftəhal kəndlərinə qaz xəttləri çəkilir. Pərvanlı, Əlibəyli, Allahqulubağı, Gödəkqobu, Məmmədqasımlı kəndlərində isə qaz xətləri istifadəyə verilmişdir. Ümumilikdə, rayonun 19 yaşayış məntəqəsinə təbii qaz verilişi təmin edilmişdir. Məmmədqasımlı kəndində qaz xəttinin açılışı münasibətilə təşkil olunmuş tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev iştirak etmişlər.

Qumlu yaşayış massivində, 25-ci məhəllədə, Təzəkənd kəndindəki su xətlərində, Dörd yol ərazindəki magistral su xəttində təmir işləri aparılmışdır. Rayon ərazisində 17 sutəmizləyici qurğu və 194 bulaq əhalinin ekoloji təmiz içməli su ilə təmin olunmasına xidmət edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırda rayonun 4 kəndində, o cümlədən Aşağı Seyidlər, Qaravəlli, Xanməmmədli və Çallı kəndlərində yeni modul tipli su təmizləyici qurğuların tikintisində son tamamlama işləri aparılır.

Rabitə və poçt xidmətlərinin yaxşılaşdırılması sahəsində də müəyyən işlər görülmüşdür. Telekommunikasiya Qovşağı üzrə göstərilən xidmətdən əldə olunan tarif gəliri proqnozuna 100,1 faiz əməl edilmişdir. Mərkəzi Elektron Avtomat Telefon Stansiyasında DSLAM avadanlıqlarının montaj tutumu 3293-ə, yüksək sürətli internet xidməti istifadəçilərinin sayı 1778 nəfərə çatdırılmışdır. Zərdab Poçt filialı üzrə göstərilən xidmətdən əldə olunan tarif gəliri proqnozuna 106 faiz əməl edilmişdir.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində dövlətimizin apardığı siyasət Zərdabda da uğurla həyata keçirilir. Bu sahədə mövcud və yeni qəbul olunmuş qanunların və normativ-hüquqi sənədlərin tələblərindən irəli gələn vəzifələr vaxtında icra edilir. Ünvanlı dövlət sosial yardımı üçün 334 ailə müraciət etmiş, 326 ailənin 1459 üzvünə ünvanlı sosial yardım təyin olunmuşdur.

Təhsil, səhiyyə və mədəni-maarif müəssisələrinin fəaliyyətlərinin gücləndirilməsi üçün lazımi tədbirlər görülür.

Respublikamızda gedən dinamik inkişaf prosesi Zərdabda da öz nəticəsini göstərmişdir. 2015-ci ilin birinci yarısında rayon iqtisadiyyatının əsas sahələrində 49 milyon 998 min 800 manatlıq məhsul istehsal edilmişdir. Məhsul və xidmətlərin 34 milyon 668 min manatı kənd təsərrüfatının (69,3 faiz), 10 milyon 633 min manatı ticarət (21,3 faiz), 835 min manatı sənayenin (1,7 faiz), 596 min manatı nəqliyyatın (1,2 faiz), 191 min manatı poçt və rabitə xidmətlərinin (0,4 faiz), 3 milyon 74 min manatı tikintinin (6,1 faiz) payına düşür. Həyata keçirilən tədbirlər nəticəsində 136 daimi olmaqla 254 yeni iş yeri açılmışdır.

Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında inkişaf davam edir. Prezident İlham Əliyevin 2015-ci ili “kənd təsərrüfatı ili” elan etməsi bu istiqamətdə aparılan işlərə güclü təkan vermiş, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində uğurlu nəticələr əldə edilmişdir. Bu ilin məhsulu üçün 16730 hektar sahədə payızlıq taxıl əkilmişdi. Lazımi aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi nəticəsində bol taxıl hasilə gətirilmişdir. Ümumilikdə, rayon üzrə 16730 hektar sahədən 49850 ton taxıl istehsal olunmuş, hər hektardan məhsuldarlıq 29,8 sentner təşkil etmişdir. Ötən ilə nisbətən taxıl istehsalı 118 ton, məhsuldarlıq isə 2,2 sentner artmışdır.

116 hektar sahədən 2098 ton kartof, 152 hektar sahədən 1521 ton tərəvəz məhsulu tədarük olunmuşdur. Mövsüm ərzində 229 hektarda bostan, 130 hektarda qarğıdalı, 24 hektarda çəltik səpini aparılmışdır. Hazırda tarlalarda məhsul toplanışı mütəşəkkil davam edir. Fermerlərə hər sahədə zəruri kömək göstərilir.

İndi rayonda iri malın sayı 54284, qoyun-keçilərin sayı 112791 başa çatmışdır. Bu da keçən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 160 və 500 baş çoxdur. Birinci yarımildə 20578 sentner ət, 117298 sentner süd, 4 milyon 291 min ədəd yumurta,1606 sentner yun istehsal olunmuşdur. Ətlik və südlük istiqamətində maldarlığın inkişaf etdirilməsi məqsədi ilə 506 baş ana malda və düyələrdə süni mayalanma aparılmış, bundan əvvəl mayalanmış heyvanlardan 388 baş sağlam bala alınmışdır. Mal-qaranın yemə olan tələbatını ödəmək məqsədilə 2400 hektar sahədə təzə yonca əkilmişdir. 18570 hektar yonca sahəsindən 73955 ton ot istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 7005 ton çoxdur.

Bu mövsümdə rayonda suvarma işini daha da yaxşılaşdırmaq istiqamətində xeyli iş görülmüşdür. 12 nasos, 5 elektrik mühərriki əsaslı təmir olunmuşdur. Suvarma kanallarının 156 kilometri lildən təmizlənmişdir. 44 hidrotexniki qurğu, 2 mülkü istehsal binası, 5 hidropost cari təmir olunmuşdur. Bütün əkinlər bir neçə dəfə suvarılmışdır.

Bu il rayon ərazisində tikinti-quruculuq və abadlıq işləri də artan sürətlə davam etdirilmişdir. Milli Təhlükəsizlik Nazirliyi Zərdab Rayon Şöbəsinin və Vergilər Nazirliyinin Zərdab rayonu üzrə vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binaları istifadəyə verilmişdir. Şahhüseynli kəndində yeni həkim məntəqəsi açılmışdır. Kənd Təsərrüfatı Nazirliyinin rayon şöbəsi üçün yeni inzibati binanın tikintisi də başa çatmışdır. Rayon Məhkəməsi və Elektrik Şəbəkəsi üçün yeni bina tikintisinə başlanılmışdır.

İlin əvvəlindən Nəqliyyat Nazirliyinin 32 saylı Yol İstismar İdarəsi orta və cari təmir, yolların saxlanılması, körpülərin mühafizəsi istiqamətində 579,6 min manatlıq iş görmüşdür. Bələdiyyələrin daxili imkanları hesabına rayonun kəndlərinin ərazisində 45,9 km məsafədə yollara qreyder çəkilmiş, kəndarası yollara 1630 tondan çox çınqıl döşənmişdir.

Sahibkarlığın inkişaf etdirilməsi tədbirləri də davam etdirilmiş, müvafiq fəaliyyət növləri ilə məşğul olmaq üçün 7 hüquqi və 98 fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçmişdir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayonda 14 sahibkara 172 min 700 manat kredit verilmişdir.

Görülmüş işlərlə yanaşı, qarşımızda çox böyük vəzifələr də durur. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması bu məsuliyyəti daha da artırmışdır. Tədbirlər planında nəzərdə tutulan bütün məsələlər öz müsbət həllini tapacaqdır. Torpaqların elektron uçotu və qeydiyyatına xüsusi diqqət yetiriləcək. Torpaqların zəbt olunmasına, qeyri-qanuni tikililərə qarşı ciddi tədbirlər də davam etdiriləcək. Həlli vacib məsələrlə bağlı əlaqədar qurumlar qarşısında məsələ qaldırılır, yarımçıq işlər sürətləndirilir.

Tikinti işlərinin 3 il əvvəl başa çatdırılmasına baxmayaraq “32 hektar” adlanan ərazidə Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş məktəb binası büdcə vəsaiti ayrılmadığından istifadəyə verilməmişdir. 2012-ci ildə tikilmiş Gənclər Mərkəzinə büdcə vəsaiti hesabına ştat vahidləri ayrılmadığından mərkəz normal fəaliyyət göstərə bilmir.

Tarix-Diyarşünaslıq Muzeyinin, Dəli Quşçu, Əlibəyli, Sarıqaya kənd tam orta məktəblərinin, Məlikli, Bıçaqçı, Əlvənd kənd uşaq bağçalarının, Körpükənd, Məlikli kənd sahə xəstəxanalarının yerləşdiyi binalar, Dəli Quşçu, Qoşaoba kənd mədəniyyət evləri qəzalı vəziyyətdədirlər. Uşaq bağçalarının əksəriyyətinin əsaslı təmirə ehtiyacı var. Şəhər 1 saylı məktəb-liseyin əsaslı təmiri, şəhər ümumi orta məktəbinin tikintisi regionların sosial-iqtisadi inkişafı dövlət proqramında nəzərdə tutulsa da dövlət vəsaiti ayrılmadığından hələlik bu işlərə başlanılmamışdır.

İndiyədək keçirilən bütün seçkilərdə Zərdab rayonunun sakinləri fəallıqları ilə fərqləniblər. Ümumxalq əhəmiyyətli siyasi kampaniyalar yüksək mütəşəkkilliklə keçib. Rayonda olarkən ölkəmizdə keçiriləcək növbəti parlament seçkilərinə hazırlığın vəziyyəti ilə də maraqlandıq. Seçkilərin yüksək səviyyədə baş tutması üçün nəzərdə tutulan hazırlıq işləri demək olar ki, başa çatdırılıb. Zərdabda Milli Məclisə növbəti seçkilərlə bağlı yüksək əhval-ruhiyyə və canlanma var.

92 saylı Zərdab-Ucar Seçki Dairəsinin əhatə etdiyi 48 seçki məntəqəsindən 42-si Zərdabda, 6-sı Ucar rayonunun Xələc, Lək və Bərgüşad kəndlərində yerləşir. Bütün seçki məntəqələri fasiləsiz elektrik enerjisi, zəruri mebel və avadanlıqla təmin olunub. Dairə və məntəqə seçki komissiyaları üçün normal iş şəraiti yaradılıb, məntəqələrdə təmir işləri aparılıb. Seçki günü 8 məntəqədə “Veb kameralar” quraşdırılacaq.

1, 2, 3, 4 saylı şəhər, 5 saylı Qoşaoba, 17 saylı Məmmədqasımlı, 23 saylı Gəlmə və 29 saylı Çallı seçki məntəqələrində işlərin təşkilinə, texniki-təminat məsələlərinin həllinə xüsusi fikir verilib. Bütün məntəqələrdə təbliğat lövhələri müvafiq yerlərdə quraşdırılıb. Namizədlərin seçicilərlə açıq və qapalı şəraitdə görüşləri və təşviqat materialları üçün yerlər müəyyənləşdirilib. Dairə üzrə 40496 nəfər seçici qeydə alınıb ki, onlardan 34308 nəfəri Zərdabda, 6188 nəfəri isə Ucar rayonu ərazisindədir.

Qeyd edək ki, seçicilərin 437 nəfəri ilk dəfə səsvermədə iştirak edəcəkdir. Seçki hüquqlu vətəndaşların 368 nəfəri əyani təhsil alanlardır. İlin əvvəlindən 179 nəfər həqiqi hərbi xidmətə çağırılmış, 190 nəfər ordu sıralarından tərxis olunmuşdur. Seçici siyahıları ilə iş davam etdirilir, dəqiqləşmə işləri aparılır.

Seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmin olunması da diqqət mərkəzindədir. Bu məqsədlə Rayon Polis Şöbəsi nəzdində Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun rəhbərliyi ilə səyyar briqada yaradılıb. Yaşayış məntəqələrində əhalinin şəxsiyyət vəsiqələri ilə təmin olunmaları təşkil edilib. Hazırda yaş həddinə görə səsvermə vaxtı çatmış şəxslərin şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi istiqamətində işlər davam etdirilir. Xüsusi qrupdan olan 957 nəfər seçici 80-100 yaşlıdır. 14 nəfər seçicinin yaşı isə 100-dən yuxarıdır.

Zərdablılar bütün sahələrdə uğurlar estafetini davam etdirərək, ucsuz-bucaqsız çöllərdə yetişdirdikləri il ruzisini itkisiz toplamağa, vacib tikintiləri havalar soyumamış tamamlamağa səfərbər olunmuşlar.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər