14:59 29.09.2015 402

Ağcabədidə icra başçısı və idarə rəisinin müdhiş dələduzluğu:Dövləti aldatdılar – VİDEO

Ağcabədidə icra başçısı və idarə rəisinin müdhiş dələduzluğu:Dövləti aldatdılar – VİDEO














Ağcabədi rayonundan cumhuriyyət. az-ın elektron poçtuna maraqlı məktub daxil olub. Həmin məktubu olduğu kimi dəyərli oxucularımızın diqqətinə təqdim edirik:

“Mən Əhmədov Eldar Əli oğlu, Ağcabədi şəhəri Hüsü Hacıyev küçəsi ev 118 ünvanında yaşayıram. Sovetlər dövründə Ağcabədi rayon komsomol partiya təşkilatının həmkarlar ittifaqında işləmişəm. Sonralar uzun müddət Ağcabədi suvarma sistemləri idarəsinin rəisi vəzifəsində işləmişəm. Mən hənmişə dövlət rəsmilərinin çıxışlarını izləyir, mətbuat vasitəsi ilə maraqlanıram. Cənab prezidentin korrupsiyaya qarşı yazılarını xüsüsilə izləyirəm. Bu kimi məsələlər həm komsomolda işlədiyim dövrlərdə, həm də indiki zamanda həmişə məni maraqlandırıb. Mən vəzifədə olduğum dövrdə həmişə rüşvətxorluğa qarşı mübarizə aparmışam. 2014-cü ilin oktyabr ayından başlayaraq bəzi məsələlər məni maraqlandırdığına görə, mən Ağcabədi rayonunun bütün kəndlərini gəzdim. Mənə qarşı təzyiq və təqiblər başladıqdan sonra mən Ağcabədi rayon suvarma sistemləri idarəsinin rəisi Əli Əliyevin fəaliyyətini araşdırdım. Araşdırmam nəticəsində məlum oldu ki, 2007-2014-cü illər ərzində Əli Əliyev hesabatında göstərir ki, 3150 km suvarma arxını təmizləmişdir. Mən bu barədə 27 noyabr 2014-cü il tarixində Tərtər şəhərində vətəndaşlarla keçirilən görüşdə, respublikanın baş prokuroru cənab Zakir Qaralovla görüşdüm və bu məsələ barəsində ona rəsmi surətdə, yazılı ərizə təqdim etdim. Baş prokuror mənə bildirdi ki, əlavə faktlar varsa topla və bizə təqdim et. Mən çox ciddi faktları toplayaraq bir neçə dəfə baş prokurorluğa təqdim etdim. Məlum oldu ki, 8-ildə güya Ağcabədi suvarma sistemləri idarəsinə aid suvarma kanalları 3-dəfə lildən təmizlənib. Bu məlumatların hamısı Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun yerli aran qəzetində dərc edilmiş illik hesabatından götürülüb. Maraqlı məqam budur ki, 2014-cü və 2015-ci illərin 8-ayı ərzində 1260 km suvarma arxı təmizlənmişdir. Ancaq Ağcabədi su təsərrüfatının isə 1300 km suvarma arxı var. Belə çıxır ki, 2014-cü ildən bu yana suvarma arxı 1-dəfə təmizlənib, ancaq 8-ildə 3-dəfə. Mən gəzib baxdığım kəndlərdə Qaravəlli, Qiyamadınlı, Hacıbədəlli, Fərulla və sair kəndlərdə suvarma arxlarının içərisində kol-kos, söyüd və digər ağaclar bitib. Hazırda həmin rrkanallardan nəinki texnika, heç vəhşi heyvan belə keçə bilməz. Ən ciddi məqam odur ki, hazırda ölkə prezidentimiz respublikamızın su olmayan ərazilərinin üzə çıxarılıb ona məruzə olunmasını tapşırıb. Ağcabədi suvarma sistemləri idarəsinin rəisi öz hesabatında göstərir ki, yeri gəlmişkən bu məlumat icra başçısı Şahin Məmmədovun hesabatında da göstərilib. Onlar ikisi birləşib dövlət başçısını aldada biliblər. Güya Kür çayı sahilində 4000- min hektar suvarılmaq üçün boş sahələr var. Bu rəqəmlər yalandır. Kür ərazisində mənim işlədiyim dövrdə alınaraq quraşdırımış 3-ədəd nasos var idi. Mən həmin əraziyə gedib nasoslara baxdım. Burada 3-nasosdan 2-si yerində yox idi. Həmin olmayan nasosların adına, 2014-cü ildə Bərdə neft bazasından 1200-ton yanacaq götürülmüşdür. Həmin yanacaq Ağcabədi rayonuna gətirilməmişdir. Nasosların işlədilməsi üçün saxta şəkildə sənədləşdirilmiş və 40-nəfərdən artıq işçiyə qeyri-leqal şəkildə əmək haqqı yazılmışdır. Mən sizin diqqətinizi xüsisi bir rəqəmə cəlb etmək istəyirəm. 27 noyabr 2014-cü il tarixində mən baş prokurorun qəbulunda olmuşam. Bu vaxtdan üç ay sonra fevral ayının sonlarında belə bir məlumat aldım ki, mən qəbulda olduğum vaxtın səhərisi günü, yəni 28 noyabr 2014-cü il tarixində rayon suvarma sistemləri idarəsi bir əməliyyat həyata keçirib. Hansı ki, respublikada bütün idarə, müəssisə, təşkilatlar maliyyə şəffaflığını təmin etmək üçün bütün əməliyyatları kart sistemi vasitəsi ilə həyata keçirir. Ancaq Ağcabədi suvarma sistemləri idarəsi dövlət bankı olan kapital bankın Ağcabədi filialından nəğd şəkildə 93450 manat pul çıxarmışdır. Bu onu göstərir ki, idarədə ştatdankənar işçilər adı ilə külli miqdarda mənimsəmələr baş verir. Mən tam məsuliyyətlə deyirəm ki, hər ay rayonun kapital bankından 85. 000-90. 000 min manat nəğd pul yenə götürülərək mənimsənilir. Eyni zamanda Əli Əliyevin hesabatında göstərilir ki, idarə hər gün 2-km, hər ay isə 65-km suvarma arxı təmizləyir. Mən bu müsahibəni hazırlamamış yenə də rayonun bir neçə kəndində olub müşahidə apardım. Mən bu sahəni yaxşı bilən mütəxəssis kimi qeyd edirəm ki, bütün bunlar yalandır. Bütün bunlar dövlətin büdcəsini talan etmək üçün uydurulmuş rəqəmlərdir. Rayon ərazisində olan bütün arxları kol-kos və sair ağaclar basıb. Bəs bunlar haraları təmizləyirlər? İcra başçısı Şahin Məmmədov və idarə rəisi Əli Əliyevin dələduzluğundan rayon əziyyət çəkir. Cəmisi 3-gün ərzində dünya bankının maliyyə dəstəyi ilə bir qədər suvarma arxı təmizlənib. Hazırda həmin arxları da yenidən kol-kos basmaqdadır. İdarə rəisində böyük arxayınçılıq var. Rayondakı cəzasızlıq mühiti onun bərk arxayın durumda çalışmasını təmin etmişdir. Bu adamı icra başçısı açıqca müdafiə edir. Niyəsi hər kəsə aydındır ki, mənimsənilən məbləğin böyük hissəsi Şahin Məmmədova çatır. Bu adam 1990-cı ildə Ağcabədi avtomobil təmiri zavodunun müdiri işləyərkən istintaqa cəlb olunub. 1998-ci ildə Cəfərbəyli istehsalat koperativinin rəhbəri işləyərkən vətəndaşların və kolxozun külli miqdarda əmlakını mənimsədiyinə görə 9-ay həbsdə yatmışdır. Su pulundan, digər təşkilatlara, kiçik müəssisələrə, pul köçürməkdən, yanacağın pulundan, ştatdankənar işçilərə yazılmış maliyyə vəsaitlərindən Ağcabədi suvarma sistemləri idarəsinin rəisi hər ay 100. 000 min manata qədər nəğd pul əldə edib mənimsəyir. Mən bu barədə ölkə prokuroruna müraciət edəndən sonra, rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun rəhbərliyi və təşkilatçılığı ilə suvarma sistemləri idarəsinin rəisinin iştirakı ilə bir neçə nəfəri öyrədib mənə qarşı cinayət işi açdırmışlar. Onlar nə etsələr də xeyri yoxdur. Mən yenə də öz fəaliyyətimi davam elətdirəcəyəm. Mən lazım olan məlumatları, informasiyaları qanuni yollarla əldə edib, toplayacağam. Mən həyatın hər üzünü görmüşəm. Bütün əlaqədar orqanlara bu məsələlər barəsində yazılı müraciət ünvanlamışam. Bü gün cəmiyyətdə gedən mənfi işlər, məsələn insanların özünə qəsd etməsi və sair geri addım atmalarını qəbul edə bilmirəm. Bu addımlar zəiflik əlamətidir. Mən cənab prezidentə müraciət edirəm. Cənab prezident, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun işi icra başçıları haqqında təlimata uyğun deyil. Mən bu fikrimi digər dövləti postlarda əyləşmiş məmurlara da çatdırmışam. Ağcabədidə, cinayətkarlıq, rüşvətxorluq, korrupsiya, insanlara qarşı təqib, səsini çıxaranların səsini boğmaq kimi insanlığa sığmayan hərəkətlər bu gün də icra başçısı Şahin Məmmədovun rəhbərliyi altında həyata keçirilir. Mənim bir yolum qalır ki, xarici ölkələrin birindən sığınacaq istəyim ki, bəlkə orada rahat, təhlükəsiz yaşaya bildim”.
Elçin İsmayıllı.

Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:06

Katolikos: “Ermənistan uçurumun kənarındadır”

13:02

Buz sürüşməsi 10 insanın həyatına son qoydu, 150-dək insan itkin düşdü - VİDEO

12:58

Bu yarmarkalarda məhsullar ucuz satılır - ÜNVANLAR

12:52

3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunacaq

12:45

İsveçrədə koronavirus vaksinindən 16 nəfər öldü

12:38

200 gündən artıq bağlı qalan Bakı metrosu barəsində RƏSMİ AÇIQLAMA

12:34

Ermənistanda ordu dövlət çevrilişində israrlıdır

12:32

Baş nazirdən işsizlərlə bağlı VACİB QƏRAR

12:26

“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır

23:48

Narkomaniya-Əsrin bəlası

23:36

Namiq Mürsəlov: 44 günlük Vətən Müharibəsinin nəticələri bütün xalqımız kimi xocalıların da coxillik qanayan yarasına məlhəm oldu

23:28

Bu gün Ağsu şəhərində Xocalı faciəsinin 29-cu il dönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir

15:00

Ağdam rayonunun Tərnöyüt kəndi - VİDEO

14:32

Xocalı soyqırımında əlindəki fənər 6 yaşlı uşağı xilas edib - VİDEO

13:55

Prezident: “Biz Xocalıya qayıdacağıq. Başqa yolu yoxdur!”

13:52

Prezident: “Dağlıq Qarabağ” ifadəsini işlətməməliyik”

13:48

Ərdoğan: “Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm”

13:20

Vətəndaş Məmnunluğu - FOTOLAR

13:08

Əlihüseyn Mayılov: Tarix boyu xalqımızın başına gətirilən bütün faciələr azadlıq, müstəqillik uğrunda mübarizə aparmağımız, bu yoldan çəkilməməyimiz səbəbindən başımıza düşmənlərimiz tərəfindən gətirilmişdir

12:47

Əli Hüseynov: XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ

12:02

İlham Əliyev: “Azərbaycan pandemiyanın əvvəlindən vəziyyəti nəzarətdə saxlayır”

11:41

İlham Əliyev: “Hər hansı bir qisas cəhdi Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq”

11:29

“Haber Global”: “Tarixdə dəhşət səhifəsi olan Xocalı” - FOTO

11:25

Prezident: “Ermənistandan istənilən təxribat yersizdir”

11:20

Nazirlikdən AÇIQLAMA - Əgər pensiyaçı 12 ildən çox yaşayırsa... - VİDEO

11:15

Prezident: “Əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın”

11:11

Çavuşoğlu Xocalı qurbanlarını andı - FOTO

11:06

İlham Əliyev: “Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür”

11:02

İlham Əliyev mətbuat konfransı keçirir - CANLI YAYIM

10:32

Meksika və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı

10:28

Hikmət Hacıyev: "Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik"

09:33

Xocalı soyqırımının şahidi: “Ermənilər atamı öldürdü, qardaşım itkin düşdü” - VİDEOREPORTAJ

09:28

Mehriban Əliyeva: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz” - FOTO

09:17

İlham Əliyevdən Xocalı paylaşımı - FOTO