14:54 29.09.2015 472

Samir Şərifovun Gədəbəydəki adamı rayonun hakimi mütləqinə çevrilib

Samir Şərifovun Gədəbəydəki adamı rayonun hakimi mütləqinə çevrilib

















Gədəbəydə çoxsaylı problemlər haqda mətbuatda dəfələrlə yazılıb

Rayonun problemlərindən bəhs olunduqca, daha çox sadə insanların olmazın rəzalətlə üz-üzə qalmalarına səbəb olan amillər tüğyan etdikcə, o halda bilib başa düşmək gərəkdir ki, belə bir problemlərin əmələ gəlməsində rayon rəhbərliyi ilə bərabər, digər vəzifə sahibləri də ciddi məsuliyyət daşıyırlar. Gədəbəydə ümumi vəziyyətin acınacaqlı duruma düşməsində, rayonun maliyyə idarəsinin müdiri Namiq Məmmədovun da xüsusi rolu olur. Rayondakı mənbədən daxil olan məlumatlar əsasında redaksiya olaraq araşdırmalar apardıq və belə görünür ki, bu gün o, rayonun vəzifə sahibləri içərisində əsas söz sahiblərindən birinə çevrilib.

Namiq Məmmədov niyə söz sahibidir?

Gədəbəydə kimin hansı vəzifəni daşımasında, kimin daşıdığı vəzifəsinə “əlvida” deməsində, kimin məktəb direktoru və yaxud da körpələr evinə rəhbər təyin olunmasında və.s kimi məsələlərin həllində, Namiq Məmmədov əsas söz sahibi olur. Onun rayonun əsas gəlir gətirən idarə, müəssisə, təşkilat rəhbərləri ilə, xüsusilə də Gədəbəy rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və baş mühasibi ilə həyata keçirdiyi maliyyə mənimsəmələrindən, hələ ki, geninə-boluna danışmaq niyyətində deyilik. Danışacağımız söz yalnız o olacaq ki, xəstəxanada baş mühasib vəzifəsini daşıyan Səkinə xanımın ali təhsili olmasa da, o, bu gün də Namiq Məmmədovun dəstəyindən yararlanır və xəstəxanada əməlli-başlıca “qaz vurub qazan doldurur”. Əgər bu belə olmasaydı o, o halda aldığı əmək haqqı ilə sahib olduğu var-dövlətə necə yiyələnərdi?

Baş mühasibin ali təhsil problemi

Rayondakı mənbə onu da bildirir ki, Səkinə xanım baş mühasib olsa da, əslində o, xəstəxanada geniş səlahiyyət sahibi kimi də tanınır. Belə bir halın bir çox özəllikləri var ki, o da ortada Məmmədov faktorunun varlığıdır. Hələ bunlar azmış kimi Namiq Məmmədovun kadrlarından biri hesab olunan və bu gün şəhər icra nümayəndəsi vəzifəsini daşıyan Şahbaz Bayramovun da himayə olunması, əsas müzakirə mövzularından biridir. Çünki, o, vaxtilə rayonun su-kanal idarəsində müdir vəzifəsini daşıyarkən, maliyyə şefinə söykənməklə idarənin həyətində heç bir sənəd-sübutu olmadan, özünə fərdi yaşayış evi də tikdirib. Əldə etdiyimiz məlumatlara görə, Şahbaz Bayramov bu gün də həmin evdə ailəlikcə yaşayır. Baxmayaraq ki, rayon əhalisinin içməli su ilə təminatının həyata keçirən hovuz, onların yaşadığı evdən təqribən 5-10 metr aralı məsafədə yerləşir.

Məmmədov-Bayramov ittifaqı sarsılmaz gücə çevrilib?

Diqqəti cəlb edən problemlərdən biri də, rayonun mərkəzi hissəsinin gecə saatlarında zülmətə qərq olmasıdır. Çünki, verilən məlumatlarda o da bildirilir ki, Məmmədov-Bayramov ittifaqının qüdrəti, məhz Gədəbəyin zülmətə qərq olmasına səbəb olan əsas səbəblərdəndir. Belə bir fikri ehtimal edənlər də var ki, şəhər təsərrüfatının işıqlandırılması məqsədilə ayrılan vəsaitlərdən təyinatı üzrə düzgün istifadə olunmur. Məhz, ona görə ki, həmin vəsaitlərin çox hissəsi Namiq Məmmədova məxsus obyektlərin elektrik enerjisi ilə fasiləsiz təminatına yönəldilir.
Şahbaz müəllimin qüdrəti təkcə belə addımları atmaqla yekunlaşmır. Məsələn, əslən Gədəbəy rayonundan olan Əliyev Oqtay Qara oğlu da bildirir ki, “mənə məxsus obyekt rayon rəhbərliyinin qanunsuz göstərişi ilə yerlə-yeksan edilərkən, yenə də əsas rolu Şahbaz Bayramov oynadı.

Şəhərin meri sahibkarın əmlakını necə ələ keçirib?

Çünki, o, şəhər təsərrüfatının balansında olan ağır texnikanı həmin obyektin söküntüsünə yönəldir və söküntü işlərinin təhlükəsizliyini təmin etmək üçün, polis qüvvəsindən də ustalıqla yararlanmağı bacarır. Təəccüb doğuran hal o olur ki, Oqtay Əliyevə məxsus obyekti sökdürərkən o, bir çox halları nəzərə almır. Yəni fikirləşmir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bu şəxs malları ayrı-ayrı firmalardan nisyə alıb, həmin malların da pulları ödənilməlidir”.
Rayonda Namiq Məmmədovun söz sahibi olmasını, həm də onun yaxın qohumu olan Ramiz Məmmədova yaratdığı imkanlarla bağlayanlar da var. Çünki, bir neçə il bundan əvvəl, təhsil şöbəsində rayonun mədəniyyət şöbəsinə “transfer” olan Ramiz müəllim, bu gün sözün həqiqi mənasında mədəniyyətimizi “mədəni” qaydada yaşatmaqdadır. Məsələn, məlumatlı mənbə bildirir ki, rayonda mədəniyyətimizin inkişafı naminə büdcədən təqribən 3 milyon manat vəsait ayrılaraq “Yaşıl Teatr”, “Aşıqlar Evi” tikilsə də, nədənsə hələ də mədəniyyətimizi yaşatmaq mümkün deyil.

Namiq müəllimin rolu və Gədəbəy mədəniyyətinin görünən tərəfi

Buna səbəb, “Aşıqlar Evi”nin ştat cədvəlində adı gedən aşıqların Bakıdakı kafe və çayxanalarda, Rusiyanın müxtəlif guşələrində və digər ünvanlarda aşıqlıq etmələridir. Onların adına yazılan əmək haqqları isə, Ramiz müəllimin sol cibinə daxil olmasa da, yüz faiz müəyyən etmək olar ki, sağ cibinə daxil olur. Rayonun Maarif kənd kitabxanasının şəxsi evdə yerləşməsinin isə, müəyyən mənada rəmzi mənası var. Zəhmət kənd musiqi məktəbinin musiqisiz qalması isə, bütün musiqişünasları sanki lərzəyə gətirməkdədir. Şınıx kənd musiqi məktəbinin və mədəniyyət evinin ştat cədvəli üzrə çalışan işçisinin aylarla Bakıda olması da, Ramiz müəllimin mədəniyyətimizə bəxş etdiyi “töhfələr”dəndir.

İcra nümayəndəsinin təyinatı Namiq müəllimin qüdrətinin isbatıdır

Namiq müəllimin 2013-cü ildə Gədəbəyin Saratovka kəndinə təyin etdirdiyi Hüseyn adlı icra nümayəndəsi də, sözün həqiqi mənasında onun hansı qüdrətə malik olduğunu bir daha isbat etmiş olur. Yəni, Hüseyn müəllim vaxtilə rayonun Arqıran kəndi üzrə icra nümayəndəsi olduğu vaxt, işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılsa da, bu gün daha böyük bir kənddə icra nümayəndəliyi edir. Və sözünün, hər kəlməsinin qabağına da bir kimsə keçə bilmir. Çünki, o, icra nümayəndəliyində “daşdan da” pul çıxarmağı bacarır. Ələlxüsus, arayış məsələləri onu olduqca zənginləşdirir.

Yediyarovla isti münasibət, Namiq Məmmədovun söz sahibliyinə imkanlar açıb

Bəli, bütün bunlardan sonra kim deyə bilər ki, Namiq Məmmədov Gədəbəydə ciddi fiqura çevrilməyib. Əldə etdiyimiz məlumatlara görə onun belə bir söz sahibinə çevrilməsinin kökündə, vaxtilə 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi olmuş və bu gün isə Gədəbəyə rəhbərlik edən Ramiz Yediyarovla, uzun illəri əhatə edən isti münasibətinin varlığıdır. Çünki, verilən məlumatlarda o da bildirilir ki, hər iki vəzifə sahibi hələ Ramiz Yediyarov idarə rəisi vəzifəsini daşıyarkən, çoxsaylı maliyyə əməliyyatları keçirməklə, külli miqdarda mənimsəmələrə qol qoyurlar. Vaxtilə atdıqları addımlar, bu gün hər iki vəzifə sahibini bir-birinə yaxınlaşdırmaqdadır. Bu gün rayonda fəaliyyət göstərən “Texnika Bank”ın, “Zəka” Uşaq Hazırlıq məktəbinin Namiq Məmmədova məxsus olması, heç də elə-belə məsələ deyil.

P.S. Növbəti sayımızda əldə etdiyimiz digər məlumatların açıqlamasını, çoxsaylı oxucularımızın diqqətinə çatdırmağa çalışacağıq.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:06

Katolikos: “Ermənistan uçurumun kənarındadır”

13:02

Buz sürüşməsi 10 insanın həyatına son qoydu, 150-dək insan itkin düşdü - VİDEO

12:58

Bu yarmarkalarda məhsullar ucuz satılır - ÜNVANLAR

12:52

3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunacaq

12:45

İsveçrədə koronavirus vaksinindən 16 nəfər öldü

12:38

200 gündən artıq bağlı qalan Bakı metrosu barəsində RƏSMİ AÇIQLAMA

12:34

Ermənistanda ordu dövlət çevrilişində israrlıdır

12:32

Baş nazirdən işsizlərlə bağlı VACİB QƏRAR

12:26

“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır

23:48

Narkomaniya-Əsrin bəlası

23:36

Namiq Mürsəlov: 44 günlük Vətən Müharibəsinin nəticələri bütün xalqımız kimi xocalıların da coxillik qanayan yarasına məlhəm oldu

23:28

Bu gün Ağsu şəhərində Xocalı faciəsinin 29-cu il dönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir

15:00

Ağdam rayonunun Tərnöyüt kəndi - VİDEO

14:32

Xocalı soyqırımında əlindəki fənər 6 yaşlı uşağı xilas edib - VİDEO

13:55

Prezident: “Biz Xocalıya qayıdacağıq. Başqa yolu yoxdur!”

13:52

Prezident: “Dağlıq Qarabağ” ifadəsini işlətməməliyik”

13:48

Ərdoğan: “Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm”

13:20

Vətəndaş Məmnunluğu - FOTOLAR

13:08

Əlihüseyn Mayılov: Tarix boyu xalqımızın başına gətirilən bütün faciələr azadlıq, müstəqillik uğrunda mübarizə aparmağımız, bu yoldan çəkilməməyimiz səbəbindən başımıza düşmənlərimiz tərəfindən gətirilmişdir

12:47

Əli Hüseynov: XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ

12:02

İlham Əliyev: “Azərbaycan pandemiyanın əvvəlindən vəziyyəti nəzarətdə saxlayır”

11:41

İlham Əliyev: “Hər hansı bir qisas cəhdi Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq”

11:29

“Haber Global”: “Tarixdə dəhşət səhifəsi olan Xocalı” - FOTO

11:25

Prezident: “Ermənistandan istənilən təxribat yersizdir”

11:20

Nazirlikdən AÇIQLAMA - Əgər pensiyaçı 12 ildən çox yaşayırsa... - VİDEO

11:15

Prezident: “Əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın”

11:11

Çavuşoğlu Xocalı qurbanlarını andı - FOTO

11:06

İlham Əliyev: “Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür”

11:02

İlham Əliyev mətbuat konfransı keçirir - CANLI YAYIM

10:32

Meksika və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı

10:28

Hikmət Hacıyev: "Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik"

09:33

Xocalı soyqırımının şahidi: “Ermənilər atamı öldürdü, qardaşım itkin düşdü” - VİDEOREPORTAJ

09:28

Mehriban Əliyeva: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz” - FOTO

09:17

İlham Əliyevdən Xocalı paylaşımı - FOTO