GÖZLƏNİLƏN QƏRAR qəbul edildi - Türkiyə 100 ədəd "F-35" təyyarəsini...

noy-16
08:52 2018
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 100 ədəd “F-35” tipli qırıcı təyyarələrin Türkiyəyə təhvil verilməsi ilə bağlı hesabatını Konqresə təqdim edib.

“F-35”lərin Türkiyəyə göndərilməsi bu hesabatın Konqresə təqdim edilməsinə qədər təxirə salınmışdı. Ona görə də hesabatın təqdim edilməsi iki ölkənin razılaşmasında irəli doğru atılmış ilk addım olub.

ABŞ prezidenti Donald Tramp Türkiyəyə qırıcı təyyarələrin təhvil verilməsini dayandıran qanun layihəsini avqust ayında imzalamışdı.

Qanunun qüvvəyə minməsindən sonrakı 90 gün içində ABŞ Müdafiə Nazirliyinin Türkiyə ilə ABŞ arşındakı əlaqələrə dair bir hesabat hazırlaması, bu hesabatın təqdim edilənə qədər təhvil-təslim işlərinin dayandırılmasını ehtiva edirdi.

ABŞ-ın bu qərarı verməsinə səbəb isə Türkiyənin Rusiyadan “S-400” havadan müdafiə raket sistemini alması məsələsi idi.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər