Əflatun Amaşov: “Çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi yaxşı olardı”

noy-14
08:40 2018
“Azərbaycan mediasının iqtisadi durumu problemsiz deyil. Çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi yaxşı olardı”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

O qeyd edib ki, verginin götürülməsi bu sahənin daha da inkişaf etməsinə səbəb olacaq.

Şura sədri təhsil sahəsinə ayrılan maliyyənin artırılmasını təklif edib: “Bu vəsait Azərbaycandilli məktəblərdə dərsliklərin daha müasir hazırlanmasına sərf edilsin. Son zamanlar müzakirələrə səbəb olan məsələlər bunu tələb edir. Bu məktəblər güclü olmalıdır ki, övladlarını digər dillərdə olan məktəblərə göndərən valideynlərin bəhanəsi olmasın”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər