Ruhanidən kritik ABŞ açıqlaması

noy-12
06:09 2018
İran prezidenti həsən Ruhani ABŞ-ın 5 noyabrda ölkəsinə tətbiq etdiyi sanksiyalar ilə bağlı açıqlama verib.
Prezident ABŞ-ın tətbiqinə başladığı sanksiyalardan geri addım atmaq məcburiyyətinə qaldığını və İran neftinin qiymətini sıfıra endirə bilməyəcəyini etiraf etdiyini deyib.

“ABŞ-ın rejim və hökuməti hədəf aldığına dair açıqlaması doğru deyil. Vaşinqton hökuməti İran xalqını hədəf alıb. Bankların işinə və ixracata zərbə vuraraq xalqın yaşayış şərtlərini ağırlaşdırmaq istəyirlər. Çünki banklara sanksiya tətbiq edilən zaman dərman və digər səhiyyə ehtiyacları hədəfə alınmış olur”-, Ruhani bildirib.

ABŞ-ın 5 noyabrda tətbiqinə başladığı sanksiyaların İran üzərində yeni bir təsiri olmadığına, aylar öncə tədbirlərin görülərək bütün addımların atıldığına işarə edən İran prezidenti Terrorizmin Maliyyələşdirilməsi ilə Mübarizə Konvensiyası (CFT) qanunu ilə bağlı bunları deyib:

“ABŞ İranı terror dəstəkçisi və terrorizmi maliyyələşdirən ölkə olaraq göstərmək istəyir. Bu gün beynəlxalq qərarlar və qanunlara diqqət etmək mövzusunda daha da qərarlıyıq. Düşmənin bu mövzudakı iddialarını çürüdəcək və bütün bəhanələrini əllərindən alacağıq. ABŞ gələcəkdə yanlış etdiyini anlayacaq. İran xalqı yorulmadı, əksinə, daha çox vəhd göstərir. Amerika hökuməti İran neftinin qiymətini sıfıra endirməyi planlaşdırırdı ancaq sonunda bunu bacarmadığını etiraf etdi”. (Publika.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər