Bakıda xəstəxanada ara qarışdı – Həkimlər, xəstələr təxliyyə olundu (Video)

noy-09
08:50 2018
Bakıda xəstəxanda zəhərlənmə hadisəsi baş verib. Həkimlər və xəstələr təxliyyə olunub.

Bakının Nərimanov rayonunda yerləşən 8 saylı şəhər poliklinikasının binasının daxilində qaz qoxusunun yayılmasından sonra 8 nəfər xəstəxana işçisi zəhərlənib.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov A24.az-a faktı təsdiq edib. O bildirib ki, xəsətəxanada qəfildən dəm qazının qoxusu gəlib: “Eyni zamanda, poliklinika qazlaşdırılmış bina deyil. Ona görə də təlimata uyğun olaraq xəstəxananın bütün həkim heyəti və bütün xəstələr təxliyyə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hazırda binanın içərisində dəm qazı qoxusunun haradan daxil olduğu araşdırılır”.

Poliklinikanın 7 həkimi və bir müsahibi zəhərlənmə diaqnozu ilə Toksikologiya şöbəsinə yerləşdirilib. Onların mədələri yuyulub və evə buraxılıb” deyə, Pərviz Əbubəkirov qeyd edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər