Göyçay polisində şok: Oğurlardan oğurluq edən rəis müavini

sen-21
17:04 2015
Göyçay polisində şok: Oğurlardan oğurluq edən rəis müavini

















Redaksiyamıza Göyçayda baş vermiş maraqlı bir oğurluq hadisəsi ilə bağlı məlumat daxil olub

Məlumatda deyilir ki, 11 may 2015-ci il tarixdə Göycay şəhəri, Potu kəndində sahibkar İlqar Ömərova məxsus evdə oğurluq hadisəsi baş verib. Həmin vaxt sahibkara məxsus seyf oğlu Ömərov Namiq Həsənov, Teymur Məzahir oğlu və Quliyev Seymur Qəzənfər oğlu tərəfindən oğurlanaraq 139 000 ABŞ dolları,21 800 manat, 800 qr qızıl və 21 ədəd vauçer talanmışdır.
Hadisə baş verən günü axşam saatlarında adları çəkilən şəxslər şübhəli şəxs qismində tutulmuş və Göycay rayon polis şöbəsinə gətirilmişdir. Məlumatlı şəxsin redaksiyamıza bildirdiyinə görə Göyçay RPŞ- nın rəis muavini Faiq İlyasov talanmış əmlakın yerinə öyrənmək üçün şübhəli şəxslərə işgəncə vermiş və bir neçə saat ərzində istədiyinə nail olmuşdur. Oğurlanmış pulların yerini öyrənmiş əməliyyat üzrə rəis muavini Faiq İlyasov, xidmət üzrə rəis müavini Elxan İsmayilov və narkotiklə mubarizə qurupunun rəisi Anar Seyidov şübhəli şəxs Teymur Həsənovun yaşadiğı evdə gecə saat 2 radələrindəə axtariş və götürmə hərəkətləri aparmışlar. Elə həmin vaxt 3 muxtəlif yerdə basdırılmış əmlak tapılaraq götürülmüş və həmin pullardan 61 000 ABŞ dolları adları çəkilən polis əməkdaşları tərəfindən mənimsənilmişdir.
Əldə olunmuş məlumata görə polislərin oğurluq cinayətini Göyçay RPŞ-nın rəisi İslam Hümbətov ört- basdır etməyə calışsa da artiq Baş Prokururluğun Korrupsiya Qarşı Baş Mübarizə idarəsi ciddi araşdırmalara başlayıb.
Qeyd edək ki, yazıda adı çəkilən rəis muavini Faiq İlyasov vicdan məhbusu Taleh Xasməmmədovun şərlənərək həb olunması ilə bağlı qondarma cinayət işində“zərərcəkmiş” şəxsdir.

P. S. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər