Məktub yazıb, özünü öldürən şəxs bank əməkdaşı imiş - TƏFƏRRÜAT

sen-20
14:56 2015
Məktub yazıb, özünü öldürən şəxs bank əməkdaşı imiş - TƏFƏRRÜAT
































Seyidov 3 uşaq atası idi

Sentyabrın 15-də Binəqədi rayonunda baş vermiş intiharın bəzi təfərrüatları məlum olub.

Lent.az-ın məlumatına görə, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində fərdi yaşayış evinin həyətində özünü asan 1977-ci il təvəllüdlü Seyidov Samir Tahir oğlu bank əməkdaşı olub.

Qohumları bildirir ki, S.Seyidov Sumqayıtda yerləşən bank filialında inkasasiya şöbəsində çalışırmış. 3 uşaq atası olan 38 yaşlı Samirin 20 min manata yaxın borcu varmış və bir neçə gün əvvəl bank sistemində aparılan ixtisarla əlaqədar işdən çıxarılıb. Bundan sonra o, depressiyaya düşüb və ailəsinə məktub yazaraq intihar edib.

S.Seyidov məktubunda yaxınlarından övladlarına yaxşı baxmalarını xahiş edib və onu bu həyatda axtarmamalarını qeyd edib.

Qeyd edək ki, S.Seyidovun 3-cü övladı 2 həftə əvvəl dünyaya gəlibmiş.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər