DTX-nin “Facebook”, “Twitter” səhifələri və “Youtube” kanalı fəaliyyətə başlayıb

okt-17
06:23 2018
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi “Facebook”, “Twitter” səhifələri və “Youtube” kanalı fəaliyyətə başlayıb.
Bu barədə DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikasında söz və məlumat azadlığının, o cümlədən dövlət qurumlarının fəaliyyətində şəffaflığın və aşkarlığın təmin olunması ölkəmizdə uğurla həyata keçirilən və dövlət-vətəndaş birliyinin daha da möhkəmlənməsinə xidmət edən siyasətin prioritet istiqamətlərindəndir: "Dövlət Təhlükəsizliyi Xidməti (DTX) haqqında məlumatların və digər faydalı informasiyaların ilkin mənbədən əldə edilməsi imkanlarının genişləndirilməsi, həmçinin ictimai əlaqələrin qurulması işinin müasir dövrün tələblərinə uyğun daha təkmil səviyyədə təşkil olunması məqsədilə DTX-nin rəsmi “Facebook”, “Twitter” səhifələri və “Youtube” kanalı fəaliyyətə başlayıb. Yeni yaradılmış səhifə və kanallar vasitəsilə DTX-nin tarixinə, əməliyyat-xidməti fəaliyyətinə, beynəlxalq əməkdaşlıq əlaqələrinə, eləcə də ictimaiyyətlə görüşlər üzrə keçirilən tədbirlərinə dair və sair mövzularda müxtəlif səpkili maraq doğuran məlumatlar və foto-video materiallarla tanış olmaq mümkündür".
"Eyni zamanda diqqətə çatdırılır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır! Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi “facebook”, “twitter” və “youtube” hesablarına keçid işarə düymələrindən istifadə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar. Hörmətli istifadəçilərə səmərəli informasiya mübadiləsinə görə əvvəlcədən təşəkkürümüzü bildirir və uğurlar arzulayırıq!", - məlumatda vurğulanıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər