Dünya
16:53
17.09.2015
452
"Həci"di bu, cibində də viskisi var - FOTO

"Məni niyə saxlayıbsınız? Məni niyə yoxlayırsınız?! Həccə gedirəm, zəvvaram, hacıyam, Allahın qəzəbinə gələrsiniz!"
Bu sözləri deyən şəxs tez-tez "Allahu-əkbər!" təkrarlayır, qəzəblə danışırdı.
Gömrükçülərlə polis isə şübhələndikləri bu şəxsin sözlərinə əhəmiyyət verməyərək onun üst-başını axtarmağa başlayıblar. Sonuc yaxınlıqda durmuş sərnişinlərdə şok effekti yaradıb.
Xeberci.info Al Arabia-ya istinadən bildirir ki, Məkkəyə yollandığını deyən adamın üstündən 12 şüşə viski çıxıb.
Bu şəxs spirtli içki idxalının qəti qadağan olunduğu Səudiyyə Ərəbistanına qaçaqmal yolu ilə viski keçirmək istəyirdi. Alt paltarında və şalvarında "gizli ciblər" tikən "hacı"nı indi sərt cəza gözləyir.
Spirtli içki qaçaqmalçısı, Məkkəyə yollandığını deyən şəxs Kral Fəhd körpüsünin girişində saxlanılıb.
Bu şəxsi ən azı 6 aylıq həbs və 75 şallaq cəzası gözləyir.
Xeberci.info