Ukraynada yaşayan azərbaycanlı prezident olmaq istəyir

okt-13
11:44 2018
Rəsmi olaraq Ukraynada seçki kampaniyası hələ başlamayıb. Ancaq deyə bilərəm ki, Ukraynada keçiriləcək prezident seçkisində namizədliyimi irəli sürməyi planlaşdırıram.

Bu fikri AZƏRTAC-a eksklüziv müsahibəsində Ukraynanın Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirov deyib.

Onun sözlərinə görə, Ukrayna geniş imkanları olan ölkədir. Bu imkanlardan səmərəli istifadə etmək lazimdır.

“Bizim komandamızda yorulmadan işləmək arzusu olan enerjili, prinsipial, peşəkar siyasətçilər var. Komandamız və mən Ukraynanın uğuru üçün bütün biliyimizi, təcrübə və imkanlarımızı tətbiq etməyə hazırıq”,- deyə R.Nəsirov əlavə edib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin martın 31-də keçirilməsi nəzərdə tutulur.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər