İşsizlərin nəzərinə! – Dövlət qurumunda vakansiya

okt-10
06:30 2018
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vakansiyalar üzrə daxili müsahibə elan edib.

Dövlət Komitəsindən verilən məlumata görə, müsahibə aşağıdakı vakansiyalar üzrə keçiriləcək:

Dini qurumlarla iş üzrə şöbə, şöbə müdiri;

Dini qurumlarla iş üzrə şöbə, Dini təhsil sektoru, sektor müdiri.

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dövlət qulluqçuları iştirak edə bilər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

ərizə;

əmək kitabçasının surəti;

ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şahədətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidən hazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında diplomun surəti ilə birlikdə);

kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);

bir ədəd ağ rəngli fotoşəkil (4×6);

son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 3 oktyabr 2018-ci il tarixdən 18 oktyabr 2018-ci il tarixdə saat 18:00-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətlər yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Müsahibəyə dair ətraflı məlumat üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Hüquq və qeydiyyatı şöbəsinə müraciət edilə bilər.

Əlaqə nömrəsi: 012 492-60-35

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər