Bakıda müğənni onu düzgün müşayət etməyən sintizatorçunu öldürdü - Həbs edildi

okt-03
04:57 2018
Sintizator çalanı bıçaqlayan müğənninin məhkəməsi davam etdirilib. Hadisəyə səbəb sintizator ifaçısının müğənnini düzgün müşayət etməməsi olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Əfsər İsmayılovun əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsindən 126.1-ci maddəsinə tövsif edilməsini və ona 6 il azadlıqdan məhrumetmə cəzası təyin edilməsini istəyib. Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.

Məhkəmənin iclası oktyabrın 9-da davam etdiriləcək.

Hadisə 2016-cı ilin iyun ayının 21-də Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti ərazisində yerləşən "Nar" kafesinin yanında 66 saylı binanın yanında baş verib. İsmayılov tanışı Asif İbadovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisəyə səbəb isə Ə.İsmayılov mahnı ifa edərkən A.İbadovun onu sintizatorda düzgün müşayət etməməsi olub. Ə.İsmayılov kafe və restoranlarda müğənni kimi fəaliyyət göstərib.

Ə.İsmayılov hadisə yerindən qaçaraq istintaqdan yayınıb. Daha sonra Ə.İsmayılov ölkəndən qaçmaq istəyərkən Hava Limanında saxlanılıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər