Aqil Abbas sərt danışdı: “Daha Şuşa lazım deyil də…”

okt-02
06:27 2018
“Deyirlər ki, kino çəkilmir. Əvvəla kinoya pul buraxılır. Adətən görmüşük ki, pul qazanılan şeydən vergi verirlər. Tutaq ki, Azərbaycanda kinonun çəkilməsi üçün 1 milyon 500 min manat pul ayrılır.

Amma o pul gəlib çatmamış Vergilər Nazirliyi onun 300 min manatını tutur. Pul qazanmışam ki, sənə də verim?”

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, bu yaxınlarda Şuşanın musiqi və kollecini Sumqayıt regional idarəsi ilə birləşdirdilər.

“Daha Şuşa lazım deyil də… Bu birləşdirmə nəticəsində 260 nəfər ixtisara düşüb. Kitabxana sistemi ixtisara düşüb. Ta kitab oxumaq lazım deyil də camaat seriala baxacaq. Sumqayıtın bu idarələrini Şuşaya birləşdirərdilər də. Şuşaya qiymət verərdilər də”.

A.Abbas qeyd edib ki, yaxın vaxtlarda Xankədninin 95 illik yubileyinə bir sıra xarici qonaqlar gəlmişdi.

“Təbii ki, bizim Xarci İşlər Nazirliyi onları qara siyahıya salacaq. Bizim Xarici İşlər Nazirliyinin də ürəyi genişdir. Sonradan onlar üzrxahlıq edəndən sonra əfv edəcək də onları”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər