Moskva Netanyahunu qəbul etmədi: Gərginlik səngimir

sen-27
05:42 2018
Rusiyaya məxsus İl-20 təyyarəsi Aralıq dənizinin Suriya sahillərində vurulandan sonra Rusiya İsrail siyasətçilərini Moskvada qəbul etməməyə qərar verib.

Report xəbər verir ki, bunu “Haaretz” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, İsrail hökuməti baş nazir Benyamin Netanyahu ilə müdafiə naziri Aviqdor Libermanın Moskavaya birgə səfərini nəzərdən keçirib. Ancaq Kreml səfər təklifinə rədd cavabı verib.

Qəzetin yazdığına görə, İsrail hökuməti ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabatın başçılığı ilə Moskvaya nümayəndə heyəti göndərmək istəyib. Bu heyətə İsrail Müdafiə Nazirliyinin və Baş Qərargahın təmsilçilərinin daxil olması gözlənirmiş. Amma İl-20 təyyarəsinin vurulmasına görə iki ölkə arasında ciddi problem yaranması səbəbindən bu səfər də baş tutmayıb.

Qeyd edək ki, sentyabrın 17-də Aralıq dənizinin sahillərində Rusiyanın İl-20 təyyarəsi vurulub. Nəticədə 15 hərbçi həlak olub. Rusiyanın Müdafiə Nazirliyi təyyarəni İsrail ordusunun vurduğunu bildirib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər