Bakıda şirkət rəhbəri işə düzəlmək istəyən gənc qıza intim təklif etdi - FOTOLAR

sen-26
13:54 2018
Azərbaycanda işədüzəlmə ilə bağlı xoşagəlməz hal baş verib.

Bu barədə məlumatı və müvafiq "WhatsApp” yazışmasının surətlərini işə düzəlmək istəyən gənc qız sosial şəbəkələrdə yerləşdirib.

Xanımın sözlərinə görə, o, işədüzəltmə saytlarından birindən əldə etdiyi nömrəyə iş üçün müraciət etsə də, şirkət rəhbəri onunla münasibət qurmaq istəyib.

Yaşlı kişi "Whatsapp” yazışmasında qızın işlə bağlı mesajına cavab olaraq gözəl gözləri olduğunu və ona uyğun işin olacağını bildirib.

X.S. adlı şəxs (həmin şəxsin adı, soyadı, peşəsi və əlaqə nömrəsi bizə bəllidir – red.) bildirib ki, işə qəbul olunmaq üçün növbəti dəfə görüşə gəlməlidir.

Gənc qız işlə bağlı yenidən müraciət etsə də, şirkət rəhbəri "öpürəm” sözü ilə ona cavab verib. Qız yazdığına etiraz etsə də, yaşlı kişi "yüz cavana meydan oxuyaram” cümləsini yazıb.

Onların arasında keçən "WhatsApp” söhbəti sosial şəbəkədə yayılandan sonra rezonans doğurub.

Məsələ barədə X.S. ilə əlaqə saxlamağa cəhd göstərsək də, buna nail ola bilmədik.

oxu.az

Bakıda şirkət rəhbəri işə düzəlmək istəyən gənc qıza intim təklif etdi - FOTOLARBakıda şirkət rəhbəri işə düzəlmək istəyən gənc qıza intim təklif etdi - FOTOLARBakıda şirkət rəhbəri işə düzəlmək istəyən gənc qıza intim təklif etdi - FOTOLARBakıda şirkət rəhbəri işə düzəlmək istəyən gənc qıza intim təklif etdi - FOTOLAR

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər