Bakıda iyrənc cinayət: Ailəli qadını evə apararaq, cinsi əlaqədə olub

sen-26
09:30 2018
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının başqa kişi ilə şəkillərini görən və onu öldürməkdə təqsirləndirilən Rəfayıl Feyziyevin məhkəməsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hakim Rasim Sadıxovun icraatında olan prosesdə şahidlər dindirilib.

Hüseyn Vəliyev mərhum Rafət Feyziyeva ilə “Instagram”da tanış olduğunu deyib: “Mənə mesaj yazıb, iş yoldaşım Rövşəni soruşdu. Rövşənin onu şantaj etdiyini dedi, mən də ona hesabını bağlamasını məsləhət gördüm”.

İstintaq materiallarından məlum olub ki, H.Vəliyev mərhum Rafətə kömək edəcəyini söz verərək onunla münasibət yaradıb və onu özünün ikinci evinə dəvət edərək cinsi əlaqədə olub.

İttihama görə, sosial şəbəkələrdə mərhum Rafət Feyziyevanın fotosu yayılaraq pul müqabilində kişilərlə görüşdüyü yazılıb.

R.Feyziyeva isə həmin zaman ünsiyyətdə olduğu Rövşən Rəsulovdan şübhələnib və onun barəsində polisə şikayət edib.

Onun şikayətini araşdıran polis əməkdaşı Mehman Vəliyev məhkəmədə deyib ki, R.Rəsulovun qadını şantaj etmədiyi müəyyən olunub.

Rövşən Rəsulov isə ifadə verərək qadınla intim əlaqədə olmadığını deyib: “Bir qohumuna iş tapmağım üçün mənə yazmışdı. Sonra da arada danışıb bir-birimizə foto göndərirdik. Sonuncu dəfə hadisədən 7 ay əvvəl danışmışdıq”.

İttihama görə, 2018-ci il mayın 18-də Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yaşayan 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri R.Feyziyev tərəfindən 18 dəfə bıçaqlanaraq qətlə yetirilib.

Məlumata görə, R.Feyziyev həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və evlərindəki notbukdan onun yad kişi ilə fotoşəkillərini tapıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər