“Ermənistanın Azərbaycana müharibə elan etməyə nə gücü, nə də cəsarəti çatmaz” — Türkiyəli general

sen-15
08:18 2018
Türkiyə Aviasiya Universitetinin rektoru, Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılqan Ermənistan parlamentinin Azərbaycana müharibə elan edilməsi barədə qərarına münasibət bildirib.

Türkiyəli general “Ölkə.Az”a açıqlamasında deyib ki, Ermənistanın Azərbaycana müharibə elan etməyə nə gücü, nə də cəsarəti çatmaz:

“Buradan Nikol Paşinyana səslənərək deyirəm ki, əgər Ermənistanın Azərbaycanla müharibə etməyə gücü varsa, buyursun! Yoxsa ki, kağız üzərində müharibə elan etməyin heç bir mənası yoxdur. Bunu qorxaqlar edər. Ümumiyyətlə, Ermənistanın Azərbaycanla müharibə etməyə gücü yoxdur. Bunun üçün Ermənistan və Azərbaycan ordularını müqayisə etmək kifayət edir. Azərbaycanın təkcə hərbi büdcəsi bütövlükdə Ermənistanın dövlət büdcəsindən çoxdur. İndi müharibə etmək Ermənistanın hansı gününə yaraşır? Düşünmürəm ki, Ermənistan müharibə etməyə cəsarət tapsın. Ancaq Ermənistan onu himayə edən dövlətlərin hesabına nəyəsə cəhd edə bilər”.

K.Atılqan qeyd edib ki, indi Azərbaycan regionda ən güclü Silahlı Qüvvələrə və Milli Orduya malik olan dövlətdir:

“Azərbaycan ordusunun nə qədər güclü olduğunu ermənilər də çox gözəl bilirlər. Sadəcə olaraq Ermənistanın yeni rəhbəri Nikol Paşinyan Cənubi Qafqazı alovlandırmaq istəyir. Ancaq bunu edərsə, müharibə Paşinyanın sonunu gətirə bilər”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər