Saatlıda Bələdiyyə seçkiləri keçirilib? – Şok ...

apr-20
01:47 2014
Saatlıda Bələdiyyə seçkiləri keçirilib? – Şok ...













Mollavazlı kəndi üzrə ərazi icra nümayəndəsi Əhməd Dədəkişiyev “yeni “ bələdiyyə heyətini icra başçısı Siraqəddin Cabbarova təqdim etdiyini deyir.


“Artıq rayonda bütün seçki məntəqələri üzrə “ seçiləcək “ yeni bələdiyyə üzvləri və sədrlərinun siyahısı müəyyən olunaraq İcra başçısına təqdim olunub”

“İcra nümayəndəmiz II – qrup əlildir,yeni bələdiyyə sədrimiz də bənna olsa onda vay halımıza”




Məlumdur ki, bu il respublikamızda bələdiyyə seçkiləri keçiriləcək. Seçki Məcəlləsinə görə, bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir. Qanunla seçki səsvermə gününə azı 60 gün qalmış elan olunmalıdır. Azərbaycanda son bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də olub, bu baxımdan 2014-cü il seçkilərinin oktyabrın ortalarında elan ediləcəyini gözləmək mümkündür. Ancaq qaynarxett.com -un redaksiyasına şok təəssurat yaradacaq bir şikayət məktubu daxil olub. Məlumatda bildirillir ki, bələdiyyə seçkilərinə 7 – 8 ay qalmasına baxmayaraq Saatlı rayonunda artıq bələdiyyə seçkiləri “keçirilmiş” , nəticələri də məlumdur. Belə ki, rayonun Mollavazlı kəndi üzrə ərazi icra nümayəndəsi, Əhməd Dədəkişiyev “yeni “ bələdiyyə heyətini icra başçısı Siraqəddin Cabbarova təqdim etmişdir: “Çox gülüncdür, kənd icra nümayəndəsi Əhməd Dədəkişiyev hara çatdı bildirir ki, bizdə artıq bələdiyyə seçkiləri bitib, Güləhməd də yeni bələdiyyə sədridir. Başçı özü buna “dabro” verib. Bizim Gülməmməd kişinin 58 yaşı var, hörgü ustasıdır. Onun bələdiyyə sədri olmağa hüququ var, ancaq bu nə oyundu axı, seçki vaxtıdır bəyəm ? ” Şikayətçi bildirir ki, bu doğurdan da elə oyundur. Özü də bu oyunu İcra Hakimiyyəti Başçısı Siraqəddin Cabbarov qurub: “ Artıq rayonda bütün seçki məntəqələri üzrə seçiləcək yeni bələdiyyə üzvləri və sədrlərinun siyahısı müəyyən olunaraq İcra başçısına təqdim olunub. Bunun nə məqsədlə edildiyi məlum deyil. “

Sonda şikayətçi bildirir ki, rayon İcra Hakimiyyətinin indidən Bələdiyyə seçkilərinə müdaxiləsi camaat arasında ciddi narazılığa səbəb olur: “ Onuda qeyd edim ki, kəndimizdə 2000 - ə yaxın əhali var. İcra nümayəndəmiz II – qrup əlildir,yeni bələdiyyə sədrimiz də bənna olsa onda vay halımıza.”

Araşdırmamız davam edir.

P.S: Gün ərzində dəfələrlə bu məsələylə bağlı Saatlı rayon İçra Hakimiyyətilə əlaqə qurmaq istəyimiz baş tutmadı.

Qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər