Əli Hüseynov: Ağsu rayon səhiyyəsinin uğurlu inkişafı ilə bağlı bundan sonra da addımlar atılacaq - ÖZƏL

avq-27
12:01 2018
Səhiyyənin tərəqqiyə doğru addımlaması özünü bir neçə istiqamətdə göstərir. Onlardan biri də səhiyyə sisteminin yenidən qurulması, müasir tipli səhiyyə ocaqlarının inşa edilməsi, əsaslı təmiridir. Son illər Bakı ilə yanaşı bölgələrdə də yeni səhiyyə ocaqları, tibb mərkəzləri inşa edilir.

İctimai və dövlət maraqlarının təmin edilməsində görülən işlərin rolu böyükdür. YAP-ın sədri, Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Hüseynov bildirdi ki, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramının icrası respublikamızın bütün bölgələrində böyük tikinti-quruculuq işləri ilə müşahidə olunmaqdadır: "Ümumiyyətlə, bölgələrdə səhiyyə ocaqlarının tikintisinə daha çox ehtiyac var. Çünki əyalətlərdə yaşayanların şəhərə əli çatmır, odur ki, bu müalicə mərkəzləri onların dadına yetir. Azərbaycan dövlətinin bu sahədə gördüyü işlər birmənalı olaraq ictimaiyyətin maraqlarını müdafiə edir. İctimaiyyətin geniş müzakirə etdiyi bu islahatlar böyük nəticələr verir. Əslində təzə səhiyyə ocaqlarının tikintisi bölgələrin dirçəlişini, gələcək inkişafını şərtləndirən amillərdəndir. Azərbaycanın bölgələrində ictimaiyyətin uzun illərdən bəri qarşılaşdığı səhiyyə problemləri arxada qalmaq üzrədir. Çünki dövlət xəttilə regionlarda tikilən səhiyyə ocaqlarının ictimaiyyətə, bölgələrdə yaşayan vətəndaşlarımıza faydası böyükdür. Vaxt vardı ki, adi bir məsələ üçün onlar əyalətdən paytaxta gedirdilər. İndi isə bölgələrin əhalisinin bu problemi aradan qalxmaqdadır. Azərbaycan dövləti, müxtəlif dövlət qurumları, o cümlədən də Azərbaycan Dövlət Neft Şirkəti, Heydər Əliyev Fondu bölgələrdə yeni səhiyyə ocaqlarının tikintisinə, köhnə binaların təmirinə vəsait ayırırlar. Bunu da, təbii ki, region ictimaiyyəti böyük rəğbətlə qarşılayır".

Ağsu Rayon Mərkəzi Xəstəxanasında 195 çarpayılıq yerdən ibarət olmaqla 7 şöbə fəaliyyət göstərir. Xəstəxananın nəzdindəki mama-ginekoloji, terapiya, infeksion və poliklinika şöbələri maddi-texniki bazası və kadr potensialına görə xüsusilə seçilir. Şöbələrdə tibbi xidmət yüksək səviyyədə təşkil olunur. Hazırda Ağsu Rayon Mərkəzi Xəstəxanasında inkişaf etmiş cərrahiyyə şöbəsi var: "Xəstəxanada 1300-dək şəkərli diabetdən əziyyət çəkən xəstə qeydiyyatdadır. Həm də xəstəxanada peşəkar cərrahlar fəaliyyət göstərir. Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramı çərçivəsində inşa olunan Rayon Mərkəzi Xəstəxanası bölgə üçün xüsusi əhəmiyyət daşıyır.

Hazırda bütün lazımi avadanlıqlar var, şərait gözəldir. İndi bu xəstəxana ən yüksək standartlara cavab verir. Bu da təbiidir, çünki Azərbaycanda görülən bütün işlər yüksək standartlara cavab verməlidir. Biz səhiyyə sisteminin təkmilləşdirilməsi işində bu məsələyə xüsusi önəm veririk. Burada cərrahiyyə, doğum, terapiya, reanimasiya şöbələri - yəni bütün lazımi şərait vardır.

Həkimlər üçün də gözəl iş şəraiti yaradılıbdır. Əlbəttə, xəstələrə yaxşı tibbi xidmət göstərilməlidir.

Bütövlükdə Azərbaycanda səhiyyə sistemində köklü dəyişikliklər, islahatlar aparılır. Bu islahatlar faktiki olaraq yeni vəziyyətə gətirib çıxarmışdır. Çünki həm Bakıda, həm bölgələrdə yeni, müasir tibb ocaqları yaradılır. Əvvəlki illərdə tikilmiş xəstəxanalar əsaslı şəkildə təmir edilir və yeni xəstəxanalar tikilməkdədir.

Demək olar ki, son iki il ərzində mənim bölgələrə səfərlərim çərçivəsində biz mütləq xəstəxana açılışını da qeyd edirik. Artıq əksər rayon mərkəzlərində müasir səviyyəyə cavab verən xəstəxanalar vardır. Əminəm ki, bir-iki il ərzində qalan yerlərdə də təmir-tikinti işləri tamamlanacaq və beləliklə, hər bir rayon mərkəzində ən yüksək standartlara cavab verən xəstəxanalar yaranacaqdır.


Bu gün regionlarda səhiyyə inkişaf edir. Onun sözlərinə görə, hətta bölgələrdə ən ağır əməliyyatların aparılması təcrübəsi də formalaşmaqdadır. Bölgə səhiyyəsinin dövlət və ictimai maraqlar üzərində inkişaf etdiyini deyən ekspert hesab edir ki, region səhiyyəsinin gələcəyi daha da parlaq olacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər