Leyla Əliyeva anasını belə təbrik etdi – FOTO

avq-26
08:56 2018
Bu gün Azərbaycanın vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Mehriban Əliyevanın böyük qızı Leyla Əliyeva bu münasibətlə anasını təbrik edib.

“Sevimli anamı ad günü münasibəti ilə təbrik edirəm! Sən mənim dünyada ən çox sevdiyim insansan! Sevginə, səmimiyyətinə və sonsuz xeyirxahlığına görə sənə minnətdaram! Tanrı səni yer üzünə insanlara şəfqət, ümid, ədalət və sevgi bəxş etmək üçün göndərib! Sən dünyanın ən gözəl və ləyaqətli insanısan. Mən səni çox sevirəm, mənim anam, ən yaxşı dostum və əzizim! Təbriklərə görə hamıya təşəkkür edirəm, Allah sizə cansağlığı və bol sevgi bəxş etsin, bütün arzularınız həyata keçsin!”, – deyə o, “Instagram” hesabında yazıb.

Mehriban Arif qızı Əliyeva 1964-cü ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988–1992-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib.

1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edib və hazırda onun rəhbəridir. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan “Azərbaycan – İrs” jurnalını təsis edib.

2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər