“Lotu Quli” sərbəst buraxıldı – “AST Telman”ın qonağı ikən tutulub – FOTO-VİDEO

avq-24
06:14 2018
Xəbər verdiyimiz kimi, azərbaycanlı “qanuni oğru” “Lotu Quli” ləqəbli Nadir Səlifov ötən gün saxlanılıb.

Yenicag.az-ın məlumatına görə, kriminal avtoritet Çernoqoriyanın paytaxtı Podqoritsada tutulub.

Əldə etdiyimiz özəl məlumata görə, ötən gün “İnterpol” tərəfindən saxlanılan Səlifov bu gün sərbəst buraxılıb.

Bildirilir ki, “Lotu Quli” sözügedən ölkədə azərbaycanlı oliqarx Telman İsmayılovun qonağı olarkən saxlanılıb.

Qeyd edək ki, Telman İsmayılov Rusiyada problemlərlə üzləşdikdən bir müddət sonra Podqoritsanı özünə məskən seçib.

Xatırladaq ki, Nadir Səlifov azadlığa çıxdıqdan sonra Türkiyənin İstanbul şəhərinə üz tutmuşdu. Lakin burada çox qala bilməyən “qanuni oğru” son olaraq qardaş ölkədə digər kriminal avtoritet Nikolay Dqeçuadzenin toyunda iştirak edib ki, bu da iyun ayına təsadüf edir. Bu tarixdən sonra Səlifov Türkiyə ərazisində görünməyib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər