“Qarabağ” üçün davam ya tamam matçı

avq-14
07:33 2018
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxacaq. Qurban Qurbanovun komandası səfərdə BATE-nin qonağı olacaq. Borisov Arenada baş tutacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matçı latviyalı hakimlər briqadası idar edəcək. Oyunun baş hakimi Andris Treymanis, köməkçi hakimlər isə Haralds Qudermanis, Alekseys Spasyonņikovs və Aleksandrs Qolubevsdir.

Bakıda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün Belarusdakı oyunda qələbə qazanmalıdır.

Qeyd edək ki, “Qarabağ” – BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər