Şəmkir təhsildə uğurlar ürəkaçandır

apr-19
19:32 2014
Şəmkir təhsildə uğurlar ürəkaçandır



























Hazırda rayon ümumtəhsil müəsisələrində Ülü Öndərimiz Heydər Əliyevin qarşıdan gələn 91- ci il dönümüylə bağlı geniş tədbirlər həyata keçirilir




Respublikamızın hər yerində olduğu kimi, Şəmkir rayonunda təhsil son illər ərzində yüksələn xətt üzrə inkişaf etmiş, nəticədə digər sahələrdə olduğu kimi, təhsildə də xeyli uğurlar əldə edilmişdir. Bu barədə məlumat verən Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski bizimlə söhbətində bildirdi ki, Şəmkir rayon təhsil şöbəsinin tabeliyində 79 ümumtəhsil məktəbi (68 tam orta, 10 orta və 1 ibtidai), 53 məktəbəqədər, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bu təhsil müəssisələrində 29 min 575 nəfər şagirdin təlim-tərbiyəsi ilə 3374 nəfər müəllim məşğul olur. Azərbaycanın ümumtəhsil sistemində başlanılan və uğurla davam etdirilən islahatlar rayonun təhsil müəssisələrində təlim və tədris prosesinin inkişafına təkan verib. 2012-2013-cü tədris ilində rayonun ümumtəhsil məktəblərinin 9-cu sinifini bitirmiş 2879 nəfər şagird şəhadətnamə, 11-ci sinifini bitirmiş 2497 nəfər şagird orta təhsil haqqında atestat almışdır.

Şəmkir şəhəri Morul tam orta məktəbin XI sinif şagirdi Səfərli Fərhad Nofəl oğlu təlim göstəricilərinə görə qızıl medal almışdır. Orta məktəb məzunlarından 1480 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermişlər. Ali məktəblərə qəbul olunmaq üçün sənəd verənlərin sayı əvvəlki ilə nisbətən 619 nəfər artmışdır.

Ali məktəblərə qəbul olan şəmkirli gənclərin sayı hər il ardıcıl olaraq artmaqda davam edir.2013-cü ildə 510 nəfər məzun bu şərəfli adı qazanmışdır. 2005–ci ilə nisbətən ali məktəblərə qəbul olanların sayı 286 nəfər və ya 2 dəfədən cox artmışdır. Məzunlardan 10 nəfəri 600 dən ,41 nəfəri 500 dən çox bal toplamışdır. Təhsil sahəsində əldə olunmuş naliyyətlərdən biri də Düyərli kənd 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İlhamə İbrahimovanın Respublikanın “ ən yaxşı müəllimi “ müsabiqəsinin qalibi olmasıdır. Qaralar kənd tam orta məktəbinin direktoru Qurbanova Flora Qəşəm qızı Azərbaycan Respublikası Prezidentinin 03 oktyabr 2013-cü il tarixli sərəncamı ilə “Əməkdar Müəllim” fəxri adına layiq görülmüşdür.

Öyrənirik ki, Şəmkir Rayon Təhsil Şöbəsində və tədris müəssisələrində milli bayramlar, tarixi əlamətdar günlərin keçirilməsinə xüsusi diqqət yetirilir. 20 Yanvar, 26 fevral – Xocalı soyqırımı, 31 mart – Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş tədbirlər və s. keçirilmiş, məktəblərin pedaqoji kollektivlərinin üzvləri rayon tədbirlərində iştirak etmiş, məktəblərdə 19 yanvarda, 26 fevralda keçirilmiş ilk dərslərdə həmin acı həqiqətlər şagirdlərə bir daha yada salınmışdır. Bunda başqa “Doğma yurdum–Azərbaycanım mənim” mövzusunda keçirilmiş dərslərdə rayonda və respublikamızda gedən iqtisadi və sosial sahələrdəki davamlı inkişafla bağlı həqiqətlər şagirdlərə izah edilmiş, onlara rayonun tarixi haqqında biliklər verilmişdir. Məktəblilər arasında 20 Yanvar və Xocalı soyqırımı, Mart qırğını ilə bağlı inşa müsabiqəsi və digər tədbirlər keçirilmişdir. Yeni il və Novruz bayramlarında bütün ümumtəhsil məktəblərində bayram şənlikləri keçirilmişdir.

Hazırda Şəmkir rayon ümumi təhsil müəsisələrində Ümummilli lider Heydər Əliyevin qarşıdan gələn 91- ci il dönümüylə bağlı geniş tədbirlər həyata keçirilir.
Təhsil innovasiyalarını, müasir təhsilin prioritet istiqamətlərini və mahiyyətini hərtərəfli mənimsəyən, müasir təlim strategiyalarını və qiymətləndirmə mexanizmlərini tətbiq edən Şəmkir rayonunun təhsil işçilərinin uğurlarının bundan sonra da yüksək olacağı şəksizdir.

R. Zaidoğlu.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər