Azərbaycanda avtomobillər üçün YENİ RÜSUMLAR

avq-03
07:02 2018
Baş nazir Novruz Məmmədov “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar imzalayıb.
Qərar iyulun 31-dən qüvvəyə minib. Yeni qərarə əsasən fiziki şəxslər tərəfindən alınan avtomobillərin qeydiyyata alınması üçün rüsumlar artırılıb.

Dövlət rüsumu haqda qanunun 18-ci maddəsinin 65-ci bəndinə görə iyulun 31-nə kimi avtomobillərin qeydiyyata alınması üçün rüsum 10 manat idi.
Bundan sonra isə mühərrikinin həcmi 2 min kubsantimetrədək olan avtomobillər üçün 100 manat, mühərrikinin həcmi 3 min kubsantimetrədəkarası olan avtomobillər üçün 100 manat + mühərrikin həcminin 2000-dən yuxarı olan hər kubsantimetrə görə 10 qəpik, mühərrikinin həcmi 4000 kubsantimetrədək olan avtomobillər üçün 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 20 qəpik, mühərrikinin həcmi 5 min kubsantimetrədəkarası olan avtomobillər üçün 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 30 qəpik rüsum ödəniləcək.

Mühərrik həmci 5 min kubsantimetrdən yuxarı olan avtomobillərin qeydiyyatına görə isə 1500 manat rüsum ödənilməlidir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər