“EL and N” MMC-dən 25 minlik dələduzluq - ŞİKAYƏT

sen-02
15:14 2015
“EL and N” MMC-dən 25 minlik dələduzluq - ŞİKAYƏT

















Ucar rayon sakinləri redaksiyamıza məktub yazıb. Məktub müəllifləri “EL and N” MMC -nin rayon şöbəsində 25 min dollar dəyərində qızıl zinyət əşyalarının qanunsuz olaraq mənimsənilməsindən yazıb

Məmmədov Ceyhun Qnyaz oğlu, Novruzov Ələkbər İslam oğlu və Babayev Famil Cümşüd oğlu tərəfindən yazılan müraciətdə qeyd olunub ki, bu, cinayət faktıdır.
“Belə ki, 29 noyabr 2014-cü il tarixdə "EL and N " MMC-nin Ucar rayonunda yerləşən şöbəsinə özümüzə məxsus 25.000 ABŞ dolları dəyərində brlyant qaşları olan qızıl zinət əşyalarınızı girov qoymaqla Məmmədov Ceyhun Qnyaz oğlunun adına 1400 manat pul götürülməyinə dair girov müqaviləsi bağladıq.
Ancaq qızıl-zinət əşyalarındakı brlyant qaşları hesaba almadılar. Bundan sonra hər ay 140 manat olmaqla 6 ay pul ödədik. Sonrakı aylar faiz ödəyə bilmədik deyə heç bir xəbərdarlıq etmədən 25.000 ABŞ dolları dəyərində qızıl zinyət əşyalarımızı mənimsədilər. Bu qanunsuz əməl barədə "EL and N " MMC -nin rəhəbri olan Nigar xanıma zəngi edib bildirdikdə "hara istəyirsiniz şikayət edin amma heç bir mənası yoxdur müqaviləyə imza edilib, qızıl zinət əşyalarını əridib satmışıq" cavabını verdi.
Bu cinayət əməlidir ki, "EL and N " MMC tərəfindən törədilmişdir.1400 manat faiz pulun müqabilində 25.000 ABŞ dolları qiyməti olan brlyant qaşlı qızıl zinət əşyalarımızın girov götürülməsi, 840 manat ödənişdən sonra ödəniş edə bilmədiyimiz üçün heç bir xəbərdarlıq edilmədən qızıl zinyət əşyalarının satılaraq mənimsənilməsi ağır cinayət əməli hesab edilməli bu fakt araşdırılıb cavabdeh " EL and N" MMC-nin barəsində qanuna müvafiq tədbirlər görülməlidir.
1400 manat pula qarşı 25.000 ABŞ dolları qiymətində qızıl zinət əşyalarını satıb mənimsəyən "EL and N" MMC-nin belə küllü miqdarda qazanca görə dövlətə nə qədər vergi ödəməsi araşdırılmalıdır, hansı lisenziya ilə işləməsi yoxlanılmalıdır, müqavilə şərtlərinin qanuna müvafiq olub-olmaması yoxlanılmalıdır, girovun hərraca çıxarılmadan, sahibinə məlumat verilmədən satılıb mənimsənilməsinin qanuna müvafiq olub-olmaması araşdırılmalıdır.
Ümumiyyətlə "EL and N "MMC-nin fəaliyyəti yoxlanılmalıdır.Bu qızılları özümüz satmadıq ki, üç nəfərə məxsus cehizdir, yadigardır, dedik Lombarddan götürdüyümüz pulu alverə yönəldib qazancımızdan verib qurtarıb qızıllarımızı geri alarıq.
Elə oldu ki, fikirləşdiyimiz kimi ticarət fəaliyyətimiz alınmadı, ziyana düşdük.
İndi isə "EL and N" MMC-nin talançı hərəkətlərinə görə özümüzü öldürmə həddindəyik. Bu brilyant qaşlı qızıl zinət əşyaları evimizin ailəmizin cehizi yadigarı idi.
Biz artıq bu talançılıq, dələduzluq cinayəti barədə başda Prezident olmaqla, Baş Prokurora, Daxili İşlər Nazirinə, Vergilər Nazirinə, Maliyyə Nazirinə və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət etmişik.
Mətbuat vasitəsi ilə də başda Prezident cənab İlham Əliyev olmaqla bütün aidiyatı orqanlardan xahiş edirik öz qanunsuz talançı hərəkətləti ilə bizi intihar həddinə çatdırmış " EL and N" MMC barəsində qanunu tədbirlər görəsiniz”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər