Elton Məmmədov qardaşının “yanan villası” haqda danışdı

iy-02
07:47 2018
Yanan villanın Ziya Məmmədovla heç bir əlaqəsi yoxdur.

Bu sözləri Axar.az-a sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, eks-deputat Elton Məmmədov Bakıda "Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanan villanın qardaşına aid olması ilə bağlı danışarkən bildirib.

Keçmiş deputat qeyd edib ki, Ziya Məmmədovun həmin ərazidə ümumiyyətlə villası yoxdur:

"Yanan mülk də ailəmizə məxsus deyil. Mən heç kəsə arzulamazdım ki, kiminsə evi, mülkü, villası yansın. Bu artıq neçənci dəfədir ki, Ziya Məmmədovun adı bu cür olayda hallandırılır. Çox istərdim ki, media bu cür ucuz qara piara inanmasın”.

FHN Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumatda isə Teymur Əliyev küçəsində yerləşən villaların yaxınlığındakı ərazidə mülk yox, obyektdə yanğın hadisəsi qeydə alındığı bildirilib.

Məlumata görə, səhər saatlarında həmin ərazidə yanğınla bağlı zəng daxil olub və hadisə yerinə gedən yanğınsöndürənlər yanğının qarşısını alıblar. İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.

Qeyd edək ki, bu gün Teymur Əliyev küçəsində yerləşən və Ziya Məmmədova məxsus olduğu bildirilən villalardan birində yanğın olduğu barədə məlumat yayılıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər