Bu çimərlik ağır xəstəlik yarada bilər - Qadağaya məhəl qoymayanlara xəbərdarlıq

iy-02
07:26 2018
Paytaxtın Suraxanı rayonu ərazisində yerləşən Hövsan çimərliyində acınacaqlı vəziyyət hökm sürür. Burada dənizin suyu çirkabla doludur.

Burada çimənlərin üzərində çirki də açıq-aydın görünür. Ətrafa yayılan üfunətdən isə bu əraziyə yaxın durmaq belə qeyri-mümkündür. Ancaq nə fayda, bütün bunlara baxmayaraq vətəndaşlar dənizdə çimirlər.

Əraziyə çimməyin qadağan olunduğunu bildirən nişan qoyulmasına baxmayaraq, bu qaydaya əməl edən yoxdur.

Hövsan çimərliyində çəkiliş apardığımız zaman xüsusən də uşaqların bu çimərlikdən istifadə etməsinin şahidi olduq.

Dəniz suyu çirkli olduğundan bir neçə balığın da ölü halda suyun kənarına çıxmasını müşahidə etdik.

Yaxınlıqda yaşayan və bu çimərlikdən istifadə edən sakinlər iddia edirlər ki, dənizin suyunun bu vəziyyətə düşməsinə səbəb kanalizasiya borusunun sahilə çıxarılması olub. Borunun çıxarılması ilə məşğul olan fəhlələr isə ərazidə çəkiliş apardığımızı görüb, həmin yerdən uzaqlaşdılar.

Bəs belə vəziyyətdə dənizdə çimənlər hansı xəstəliklərə yoluxa bilərlər?

Həkim Sevindik Arazovun sözlərinə görə, çirkabla dolu belə çimərlikdə çimənlər, hətta hepatit xəstəliyinə yoluxa bilərlər. Həkim həmçinin onu da bildirdi ki, səhər saat 10-dan 16-dək 5 yaşınadək uşaqların və 65 yaşdan yuxarı insanların dənizdə çimməsi məsləhət deyil. Onlar birbaşa günəş şüalarının altında olmamalıdırlar. Şəkərli diabet, arterial təzyiq, xroniki böyrək və qaraciyər çatışmazlığı olan xəstələrin də bu qaydaya əməl etmələri tövsiyə olunur. /xezerxeber.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər