Qazaxıstanda 16 yaşlı qız öz atasından hamilə qaldı

avq-18
17:06 2015
Qazaxıstanda 16 yaşlı qız öz atasından hamilə qaldı
























Kişi övladını “Kiməsə desən, həm sən, həm də anan üçün pis olacaq!” deyərək hədələyib

Şərqi-Qazaxıstan vilayətində (ŞQV) ata öz azyaşlı qızını zorlayıb, sonra isə ikinci qızına əl atıb.

Məktəbdə tibbi baxış zamanı bacılardan birinin hamilə olduğu aşkarlanıb.

Beş qızın böyüdüyü ailə ŞQV-nin rayonlarından birində yaşayır və kəndə hörmət edilən ailələrdən biri idi. Qızlar yaxşı oxuyur, valideynlərinə təsərrüfatda yardım ediridlər, Times.kz xəbər verir.

Böyük qızın 16 yaşı olanda hər şey dəyişdi. Onu öz doğma atası zorladı.

Kişi qorxmuş övladını “Kiməsə desən, həm sən, həm də anan üçün pis olacaq!” deyərək hədələyib.

Ata öz qızını 3 il müddətində mütəmadi olaraq zorlayıb. O, isə anası üçün qorxduğu üçün heç kimə bir söz deməyib, ətrafdakılar isə heç nə başa düşməyiblər.

Cəzasız qaldığından arxayın olan kişi, 15 yaşı təzə tamam olan ikinci qızına əl atıb, amma işi sona çatdıra bilməyib.

Məktəbdə tibbi baxış zamanı böyük qızın hamilə olduğu aşkarlanıb, bunu ultra səs diqanostikası da təsdiqləyib. Qız isə uşağının atasının... onun öz atasının olduğunu bildirib. Molekulyar-genetik ekspertiza (gənc qız abort edilib – red.) məktəblinin sözlərini təsdiqləyib.

Təkzib edilməz dəlillərlə küncə sıxışdırılmış kişi öz günahını qismən etiraf edib. Guya ki, böyük qızı ilə hər şey təsadüfən olub, o sərxoş olub və cəmi bir dəfə, kiçik qızına isə barmağı da toxunmayıb. Amma iş üzrə toplanmış materiallar tam başqa şeyi göstərir.

Baş verənlərdən qızları kimi şoka düşmüş qadın da, əri üçün məhkəmədən ən sərt cəzanı istəyib.

“Məhkəmə ittham edilən şəxsi təqsirkar bilib və cəzasını ciddi rejimli koloniyada çəkmək şərti ilə 17 il müddətinə azadlıqdan məhrum edib”, - ŞQV cinayət işləri üzrə ixtisaslaşdırılmış rayon məhkəməsinin sədri Adil Bakin bildirib.

Müttəhim qərardan şikayət etməyə hazırlaşır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər