Azərbaycanlı baş redaktor: "Ölümlə təhdid edilirəm"

avq-13
12:16 2015
Azərbaycanlı baş redaktor: "Ölümlə təhdid edilirəm"




















"Yenicag.az" saytının baş redaktoru Aqil Ələsgər təhdid edildiyi ilə bağlı məlumat paylaşıb

Xeberci.info xəbər verir ki, jurnalist bu barədə özünün "Facebook" səhifəsində yazıb. O qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən sələvi (vəhhabi) dini təriqətinin liderlərindən olan Əlixan Musayevlə rəhbərlik etdiyi saytda dərc olunan yazıya görə təhdid olunur: “Özünü Vəli Şükürov kimi təqdim edən şəxs gecə saat 23.14-də mənə zəng edərək "ikinci dəfə qəzaya düşər və sağ çıxa bilməzsən, ölüm səni hər an haqlaya bilər" deyib hədələdi. Bu şəxs "get hara şikayət edirsən et" deyərək, açıq kontekstdə öldürməklə təhdid etdi. Həmin şəxsin mənimlə danışığı və zəng etdiyi nömrə başıma gələ biləcək təhlükə səbəbindən etibarlı dostlarda qorunmaqdadır və hüquq mühafizə orqanlarına təqdim etməyə hazıram”.

A.Ələsgər məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib: “Özümün və ailəmin təhlükəsizliyi üçün hüquq mühafizə orqanlarına da müraciət edəcəyəm".

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər