"De, gəlsin!"də bu səbəbdən haqsızlıqlar olurdu" — MƏŞHUR MEYXANAÇI 2001-Cİ İLİN SİRRİNİ AÇDI

may-03
07:39 2018
Meyxanaçı Aqşin Fateh 2001-ci ildə keçirilən "De, gəlsin!" meyxana yarışmasının pərdəarxası məqamları barədə danışıb.
O, "Ölkə.Az"a açıqlamasında bildirib ki, sözügedən yarışmanın münsiflər heyətində meyxanaya aidiyyatı olmayan şəxslər olduğundan bəzi ədalətsiz qərarlar verilib:

"Orada aktyor Qorxmaz Əlili, "Qulp" verilişinin aparıcısı Mübariz Əsgərov kimi meyxanaya birbaşa aidiyyatı olmayan şəxslər əyləşmişdi. Bu gün də onların niyə həmin kürsüdə əyəlşdirildiyi mənə qaranlıq qalır. Buna görə də qiymətləndirmədə ədalətlilik prinsipi pozulurdu. Mən də məhz bu səbəbdən yarışı öz istəyimlə yarımçıq tərk etdim. Ancaq növbəti ildə həmin yarışın çempionu adını qazandım".
Qeyd edək ki, bir neçə gün öncə tanınmış meyxanaçı Ələkbər Yasamallı da milli.az-a müsahibəsində "De, gəlsin!"də ona qarşı haqsızlıq edildiyini bildirmişdi. O, buna səbəb kimi mərhum meyxanaçı Nizami Rəmzinin tələbəsi olduğunu göstərmişdi.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış ANS telekanalında yayımlanan və Aydın Xırdalanlının çempion olduğu "De, gəlsin!" layihəsində Mübariz Əsgərov və Qorxmaz Əliliylə yanaşı, mərhum qəzəlxan Hacı Ələmdar Mahir, Məhəmməd Füzuli irsinin araşdırıcısı Həkim Qəni, şair Baba Pünhan, mehyxanaçı Ağasəlim Çıldağ da münsif kürsüsündə yer almışdılar.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər