“Instagram” və “WhatsApp”da çoxdan gözlənilən yenilik

may-03
10:11 2018
“Instagram” və “WhatsApp”da çoxdan gözlənilən yenilik














“Facebook”un yaradıcısı Mark Zukerberq “İnstagram” sosial şəbəkəsi və “WhatsApp” messencerində qrup video zənglərinin işə salındığını elan edib.

Lent.az-ın məlumatına görə, artıq sınaq qrupuna daxil edilmiş “İnstagram” istifadəçilərinin bir hissəsi video zənglər həyata keçirə bilir. Digər istifadəçilər üçün bu funksiyanın bir neçə həftə ərzində istifadə edə biləcəyi mümkün olacaq.

İlkin məlumata görə, qrup video zənglərində 4 nəfərə qədər adam iştirak edə bilər. Zukerberqin sözlərinə görə, istifadəçilər “WhatsApp” messencerində şəxsi zənglər üçün 2 milyarda yaxın dəqiqə sərf ediblər. Elə bu səbəbdən qrup video zəngləri funksiyasının həyata keçirilməsi qərarı qəbul edilib.

Bundan başqa, “İnstagram”da “GoPro” inteqrasiyasını yaradılıb. Onun vasitəsilə sadəcə olaraq tətbiqdə çarxı seçərək redaktə edib “İnstagram” “Histories”lərdə bölüşmək mümkün olacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər