Ənvər Seyidəliyev Prezident İlham Əliyevin sadiq adamlarındandır

apr-26
23:30 2018
Ağsu rayonu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev - Ağsuda prezident seçkilərində səsvermə çox sakit şəraitdə həyata keçirilib və Ağsu seçicilərinin konstitusion hüquqlarını reallaşdırmaq üçün bütün standartlara cavab verib.

Ökəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artırılması sahəsindəki çoxşaxəli fəaliyyət təkcə bir partiyanın, yaxud hakimiyyətin deyil, əqidəsindən asılı olmayaraq, hər bir kəsin maraq və mənafelərinin qorunmasını təmin edir. Ona görə də 11 aprel seçkilərinin nəticələri hamımızın qələbəsidir. Xüsusi vurğulamaq yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin siyasi memarlığı və qoruyucu ruhu hər zaman vətənimizin başı üzərindədir. Milyonlarla qardaş və bacılarımız 11 aprel 2018-ci il tarixində bir daha milli liderinin irsinə sədaqətini və dönməzliyini nümayiş etdirdi.

Möhtərəm cənab prezident!

Böyük səs çoxluğu ilə qələbə qazanmağınız ondan xəbər verir ki, xalq Sizin rəhbərliyiniz altında sabitliyə və təhlükəsizliyə, həyat səviyyəsinin yüksəldilməsinə, ölkənimizin ərazi bütövlüyünün təmin olunmasına dərin inam bəsləyir. Bir sözlə, Sizin qələbəniz Azərbaycanın dövlət müstəqilliyinin 100 illiyinə ən böyük töhfədir.


Ağsu hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olub. Tarixiliklə müasirliyin qovuşduğu bu Azərbaycan şəhəri bu gün özünün görünməmiş inkişaf illərini yaşayır. Bu isə hər şeydən öncə ölkə rəhbərliyinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün bölgələrə olduğu kimi, Ağsu rayonuna da göstərdiyi diqqət və qayğının təzahürüdür. Rayon rəhbərliyinin, konkret olaraq isə Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Ağsuda inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub

Ümumilikdə görülən bütün işlərin vaxtı-vaxtında həyata keçirilməsi prosesinə nəzarət etməklə vəzifələndirilmiş İcra başçısı Ənvər Seyidəliyev və onun rəhbərlik etdiyi aparat əhalinin elektrik enerjisi, qaz, su ilə təhcizatı məsələlərini diqqət mərkəzində saxlayırlar. Daimi iş yerlərinin açılması, Dövlət Proqramının əsas istiqamətlərindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın inkişafına dəstək müstəvisində xeyli tədbirlər həyata keçirilmişdir. Şəhid ailələri, Qarabağ əlilləri rayon rəhbərliyinin qayğısı ilə əhatələnmişlər.

İnamla deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Ənvər Seyidəliyev rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin yaxından qayğısı və köməkliyi sayəsində sosial quruculuq, adamların rahat yaşayışını və firavanlığını təmin etmək sahəsində həyata keçirilən islahatlar öz gözəl bəhrəsini bundan sonra da verəcək.


P.S..Di gəl, çox təssüflər olsun ki, Ənvər müəllimin uğurlarını həzm edə bilməyən qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Guya Ağsu rayonu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev vəzifəsindən azad olunacaq....Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın, həm də özlərinin xeyrinə iş görsünlər.

Xeberci.inf olaraq bildirək ki, Ağsu rayonu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin bizim müdafiəmizə ehtiyacı yoxdur


Ənvər Seyidəliyev Prezident İlham Əliyevin sadiq adamlarındandır
Ənvər Seyidəliyev Prezident İlham Əliyevin sadiq adamlarındandır
Ənvər Seyidəliyev Prezident İlham Əliyevin sadiq adamlarındandır
Ənvər Seyidəliyev Prezident İlham Əliyevin sadiq adamlarındandır
Ənvər Seyidəliyev Prezident İlham Əliyevin sadiq adamlarındandır
Ənvər Seyidəliyev Prezident İlham Əliyevin sadiq adamlarındandır
Ənvər Seyidəliyev Prezident İlham Əliyevin sadiq adamlarındandır
Ənvər Seyidəliyev Prezident İlham Əliyevin sadiq adamlarındandır
Ənvər Seyidəliyev Prezident İlham Əliyevin sadiq adamlarındandır

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər