Emin: Oğullarıma nə üçün tez-tez getdiyimi açıqlaya bilmirəm – FOTO

avq-10
13:02 2015
Emin: Oğullarıma nə üçün tez-tez getdiyimi açıqlaya bilmirəm – FOTO
























“İstərdim ki, oğullarım ilə münasibətim, atamla aramızdakı münasibət kimi olsun”

Müğənni-bəstəkar Emin Rusiyanın “Hello” dərgisinə müsahibə verib.

Xeberci.info xəbər verir ki, məqalədə aşağıdakı kimi qeyd olunur:

“Emin digər artistlərdən fəqli olaraq fotosesiya və müsahibələri sevmir: “çünki bu iki saat ərzində studiyada iki mahnı yazmaq olar”.

Amma hətta ona narahatlıq yaradan suallara belə cavab verir.

Bəzən çox quru da olsa səmimi cavab verir:

“Oğullarıma nə üçün tez-tez getdiyimi açıqlaya bilmirəm. Mən heç işləməyə, bütün günü onlarla otura bilmərəm. İş və övladlarımla keçirdiyim vaxtı tənzimləməyə çalışıram. Ona görə də, tez-tez təyyarəyə minib, Londona gedirəm. Və yaxud da Moskvaya uçur, işlərlə bağlı müzakirələr aparıram” ”.

“Ağalarov bütün günü işdə oturan, darıxdırıcı robot kimi insan deyil. O, cipi ilə dənizkənarında gəzməyi, dostları ilə görüşüb, müzakirələr aparmağı, mahnı oxumağı da sevir. Emin işin həyatının bir hissəsi olduğunu vurğulayıb:

“İşsiz tez darıxıram. Rola girməyi sevmirəm”.

O, musiqidən danışanda gözləri yanır. Ağalarov üçün özünü sübut etmək, ən yaxşısı, qalib olmaq deməkdir.

“Bu da mənə atamdan keçib. Uşaqlığımdan bir səhnəni həmişə xatırlayıram: bir gün atam məni, anamı və bacımı hava limanına aparırdı. Yol kənarında təmir gedirdi. Atam bilmədən ora dəydi və dağıldı. Dayanıb yolda işləyənlərdən üzr istədi. Onlar isə təhqir etməyə başladı. Atam düşüb, dalaşdı. Anam onu sakitləşdirməyə çalışırdı. Birini döydü, əli sındı. Əgər haqlısansa, hər bir şəraitdə qalib olacaqsan. Atam hər zaman mənim idealım olub. O heç vaxt “Oğlum, səni çox istəyirəm”, “Səninlə fəxr edirəm” sözlərini işlətməsə də, bilirəm ki, onula yaxşı dostuq”.

İstərdim ki, oğullarıım ilə münasibətim, atamla aramızdakı münasibət kimi olsun” ”.

Emin: Oğullarıma nə üçün tez-tez getdiyimi açıqlaya bilmirəm – FOTO
Emin: Oğullarıma nə üçün tez-tez getdiyimi açıqlaya bilmirəm – FOTO
Emin: Oğullarıma nə üçün tez-tez getdiyimi açıqlaya bilmirəm – FOTO
Emin: Oğullarıma nə üçün tez-tez getdiyimi açıqlaya bilmirəm – FOTO
Emin: Oğullarıma nə üçün tez-tez getdiyimi açıqlaya bilmirəm – FOTO

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər