Bakıda kütləvi zəhərlənmə: 77 nəfər xəstəxanalara üz tutdu

avq-10
12:45 2015
Bakıda kütləvi zəhərlənmə: 77 nəfər xəstəxanalara üz tutdu
























Səhiyyə Nazirliyi məlumat yayıb

Bakıda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, 8 avqust tarixində Binəqədi rayonunda yerləşən “Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq üçün tibb müəssisələrinə müraciət ediblər.

Müraciət edənlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər, onlara müvafiq tibbi yardım göstərilib. Hazırda 41 nəfərin müalicəsi davam edir, onların vəziyyəti kafidir. Xəstələrin hamısına bütün zəruri tibbi yardım göstərilir, profilaktik tədbirlər görülür.

Xəstələrdən laborator müayinə üçün qusuntu və yuyuntu materialları götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi “paytaxt salatı” ehtimal olunur.

Hadisənin araşdırılması davam edir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər