Bakıda supermarketdə hadisə: Oğurluq edəni döydülər - FOTOLAR, VİDEO

apr-19
05:20 2018
Bu gün axşam 21:20 radələrində "Nefçilər" metrostansiyasının yaxınlığında yerləşən "Rahat" matketdə oğurluq hadisəsi baş verib.

Musavat.com-un müxbiri təsadüfən hadisənin şahidi olub.

Belə ki, 30-35 yaşlarında bir nəfər kişi piştaxtalara yaxınlaşaraq şokolod, çörək və digər bir neçə ərzaq məhsulunu oğurlayarkən marketin mühafizəçiləri tərəfindən saxlanılıb.

Daha sonra həmin şəxs marketin mühafizə kabinetinə aparılıb.

Bir neçə dəqiqədən sonra oğurluq edən şəxs sifəti qanlar içərisində marketdən qaçmağa cəhd edib.

O, bayıra çıxmağa cəhd göstərsə də, mühafizəçi və başqa bir mülki geyimdə olan şəxs tərəfindən yenidən saxlanılıb. Həmin şəxsin kim olduğu isə, hələlik bəlli deyil.

Maraqlı məqam odur ki, mülki geyimdə olan şəxs oğurluq edənə "qaçsan, səni vuraram" deyə təhdid edirdi.

Musavat.com hadisənin foto və video görüntülərini təqdim edir:

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər