Obama yəhudilərə meydan oxudu

avq-09
13:56 2015
Obama yəhudilərə meydan oxudu





















ABŞ prezidenti Barak Obama Konqresdə İranla əldə olunan nüvə razılaşmasının səsvrmə zamanı qəbul edilməməsi üçün çalışan Amerika-İsrail İctimai Əlaqələr Komitəsini (AİPAC) sərt şəkildə tənqid edib

Obama ABŞ prezidentləri arasında ilk dövlət başçısıdır ki, sözügedən Komitəni tənqid edir.

Təsadüfi deyil ki, İranla nüvə razılaşmasından sonra ABŞ və İsrail arasında münasibətlərə getdikcə pisləşir. Obama bu həftə Komitənin iki idarə edcisini Ağ Evə çağıraraq onları hədələyib.

Obama AİPAC-i nüvə razılaşmasına qarşı milyonlarla pul xərcləmək və həqiqətdən uzaq iddialar yaymaqda ittiham edib.

Səhəri günü isə prezident Amerika Umiversitetində çıxışı zamanı bildirib ki, nüvə razılaşmasına qarşı çıxanlar ABŞ-ı İraq müharibəsinə sövq etmək üçün milyonlarla dollar xərcləmiş lobbilərdir.

New York Times qəzeti yazır ki, bundan əvvəl Ronald Reyqan, Corc Buşun da AİPAC-lə problemləri olub. Lakin bu günə qədər heç bir prezident ən güclü lobbilərdən olan AİPAC-ə belə meydan oxumayıb.

AİPAC silah lobbisindən sonra ABŞ-da ən güclü lobbi hesab edilir. Komitənin nüvə razılaşmasına qarşı artıq 20 milyon dollar xərclədiyi, bundan başqa razılaşma əleyhinə elan və reklamlara isə daha 25 milyon ayırdığı bildirilir.

Ötən ay İranın nüvə proqramı üzrə “altılıq” ölkələri ilə aparılan danışıqlarda razılıq əldə olunub razılıq əldə olunub. İranla "altılıq" ölkələri arasında razılığın əldə olunması rəsmi Tehrana qarşı tətbiq edilən sanksiyaların ortadan qaldırılması deməkdir.

İranın nüvə proqramı ilə bağlı razılaşmanın imzalanması İsrailin baş naziri Benyamin Netanyahunu hiddətləndirmişdi. O bunu "tarixi səhv" adlandırmışdı./ans press/

Obama yəhudilərə meydan oxudu

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər