Azərbaycanda döyülən jurnalist vəfat etdi

avq-09
16:28 2015
Azərbaycanda döyülən jurnalist vəfat etdi
























Gecə saatlarında Rasim Əliyevin səhhəti kəskin pisləşib

Jurnalist Rasim Əliyev avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində rəhmətə gedib.

Bu barədə “Amerikanın səsi”nə jurnalistin bacısı Gülnarə Əliyeva bildirib.

Avqustun 8-də Rasim Əliyev “Qəbələ” futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib. Onun qabırğaları sınıb və sol qulağı eşitmir.

Sosial mediada verilən məlumatlara görə, jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini “Facebook” səhifəsində tənqid etməsi göstərilib.

Gülnarə Əliyeva bildirib ki, gecə saatlarında Rasim Əliyevin səhhəti kəskin pisləşib və 1 saylı Şəhər Kliniki Xəstəxanasında cərrahi əməliyyat olunub. Bundan sonra reanimasiya şöbəsinə köçürülüb və orada vəfat edib.

Hazırda jurnalistin cəsədi Respublika Xəstəxanasının morquna yerləşdirilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər