Əli Hüseynov: Ağsuda seçicilər səsvermədə fəal iştirak edirlər - Yenilənir

apr-11
10:10 2018
YAP-ın sədri Əli Hüseynov - Aprelin 11-də səhər saat 8:00-da Ağsuda seçki məntəqələrində prezident seçkilərinə uğurla start verilib

Seçicilər səhər saatlarından seçki məntəqələrinə gəlir, öz iradələrini azad şəkildə ifadə edir, istədikləri namizədlərə səs verirlər. Məntəqələrdə səsvermə tam mütəşəkkil qaydada keçir. Səsvermə prosesinin şəffaf keçirilməsi üçün seçki məntəqələrində bütün şərait yaradılıb. Məntəqələrin veb-kameralarla təmin olunması səsvermənin şəffaf keçməsindən xəbər verir. Məntəqələrdə seçicilərin sərbəst səs vermələri üçün hər cür şərait təmin edilib. Bundan başqa, əlavə məntəqələr yaradılıb ki, burada da seçicinin səs vermək imkanı var. Məntəqələrdə vətəndaşların rahat səs vermələri üçün lazımi bütün işlər həyata keçirilib.

Hələlik dairə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə məlumat daxil olmayıb. Vətəndaşların sərbəst şəkildə səs vermələri üçün məntəqələrdə bütün zəruri şərait yaradılıb. Dairənin əhatə etdiyi seçki məntəqələrinin 10-da veb-kamera quraşdırılıb. Səsvermənin gedişində şəffaflığı təmin etmək üçün məntəqədə quraşdırılmış veb-kamera vasitəsilə müşahidəçilər prosesin gedişini aşkar şəkildə izləyə bilirlər. Seçkilərin gedişini fasiləsiz izləyən yerli müşahidəçilərdən əlavə, müxtəlif dövlətləri təmsil edən beynəlxalq müşahidəçilər də məntəqələrdə olub, heç bir qanun pozuntusuna rast gəlməyiblər.

Seçki məntəqələrinin sədrlərinin verdikləri məlumatlara görə, seçkilərdə iştirak edən seçicilərin fəallığı çox yüksəkdir. Məntəqə seçki komissiyasının üzvləri hər bir seçicinin müraciətinə həssaslıqla yanaşır.

Seçicilər isə onlara öz seçimlərini sərbəst şəkildə ifadə etmələri üçün məntəqədə hər cür şəraitin yaradılmasından razılıqlarını ifadə edirlər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər