Modul tipli məktəblərin quraşdırılmasına 2,6 milyon manat ayrıldı — Ağdaş və Bərdədə

apr-08
12:44 2018
Azərbaycan prezidenti İlham Əliyev Ağdaş və Bərdə rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Ağdaş və Bərdə rayonlarında cəmi 412 şagird yerlik modul tipli 9 məktəbin quraşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 2 595 000 manatı Təhsil Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

1. Ağdaş rayonu Xınaxlı kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması - 285.000 manat

2. Ağdaş rayonu Malay kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması - 230.000 manat

3. Ağdaş rayonu Əmirmahmud kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmas ı- 260.000 manat

4. Bərdə rayonu İmamqulubəyli kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması - 230.000 manat
5. Ağdaş rayonu Binələr kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması - 230.000 manat

6. Ağdaş rayonu Bulaqotağı kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması - 260.000 manat

7. Bərdə rayonu Böyük Qəcər kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması - 425.000 manat

8. Bərdə rayonu Nəcəfqulubəyli kənd 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması - 285.000 manat

9. Bərdə rayonu Təhlə kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması - 390.000 manat

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər