“O, bu mükafatı ancaq xəyalında görə bilər“.

mar-14
19:33 2014
Azər Badamov: "Əkrəm Əylisli sırf ermənilərə işləyir və onların əmrindədir".

Pənah Hüseyn: "Əkrəm Əylislinin bu əsərin adının qarşısına anti-Azərbaycan sözünü əlavə etmək lazımdır"

İqbal Ağazadə: "Əkrəm Əylisli bu əsəri yazmaqla Azərbaycan xalqını qarşısına aldı"

Əkrəm Əylislinin qalmaqallı «Daş yuxular» romanını yazdıqdan sonra Nobel sülh mükafatına namizəd göstərilməsi yenidən yazıçı haqqında müxtəlif fikirlərin səsləndirilməsinə səbəb oldu. Bir çoxlarına görə Əkrəm Əylisli erməni təbliğatına güc verən və əsrlərdir ki, təcavüzə məruz Azərbaycan xalqının milli maraqlarına xəyanət edən «Daş yuxular» romanını məhz Nobel mükafatı almaq üçün yazıb.

PİA.AZ-ın əməkdaşı prezident tərəfindən xalq yazıçısı titulundan məhrum edilən yazıçının Nobel sülh mükafatına layiq görülməsi ilə bağlı bir neçə ictimai xadimin mövqeyini öyrənib.

"Əkrəm Əylisli sırf ermənilərə işləyir və onların əmrindədir. Əkrəm Əylislinin ermənilərə bəslədiyi sevgisinin bariz nümunəsi olan əsəri heç kimi tərəfindən qəbul edilməyib və mən düşünürəm ki, edilməyəcək! Onun damarlarında azərbaycanlı qanı axmasına belə şübhə edirəm".

Bu fikirləri PİA.AZ-a millət vəkili Azər Badamov Əkrəm Əylislininin əsərinin Nobel mükafatına namizəd kimi göstərilməsinə münasibət bildirərkən deyib:

"Əkrəm Əylislinin bu mükafata namizəd kimi göstərilməsini Azərbaycanı istəməyən qüvvələrin təxribatı kimi qiymətləndirirəm. Bu işdə ermənilərin əli 100% var. Yenə hiyləgər planlarını həyata keçirirlər. Əylislinin əsəri heç vaxt Nobel mükafatına layiq görülməyəcək. Bu reallığı o və onun kimi düşünənlər artıq qəbul etsin. Çünki mükafatı təsis edənlərin bu kimi təxribatlara getməyəcəklərinə şübhəm yoxdur və onlar lazımı dərəcədə qərar verəcəklər".

Tanınmış siyasətçi, Azərbaycan Xalq Partiasının sədri, sabiq Baş nazir Pənah Hüseyn isə Əkrəm Əylislinin Nobel sülh mükafatı ala bilməsinə qətiyyən inanmadığını bildirdi:

"O, bu mükafatı ancaq xəyalında görə bilər. Bu əsəri yazmaqla Azərbaycan xalqınına hörmətsizlik etdi. Qarabağ döyüşlərində şəhid olmuş insaları təhqir edən əsərdi bu məncə. Düşünürəm ki, bu əsər Nobel mükafatına ancaq namizəd olaraq qalacaq. Ondan artıq gözləməsinlər".

Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə hesab edir ki, Əkrəm Əylislinin əsərinin heç bir halda o mükafatın qalibi olmayacaq:

"O, bu mükafatı heç vaxt əldə etməyəcək. İnanıram ki, Nobel mükafatını təsis edən şəxslər layiqli nəticə çıxaracaqlar. Əkrəm Əylisli bu əsəri yazmaqla Azərbaycan xalqını qarşısına aldı. Əkrəm Əylisli ermənipərəst qüvvələrin sifarişi ilə yazdığı əsəri indi də, Nobel mükafatına namizəd göstərməyi gülünc haldır".



Niyaməddin
pia.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər