YAP Ağsu rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Daşdəmirbəyli kəndində seçicilərlə görüş keçirib

mar-30
01:48 2018
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Ağsu rayon şöbəsinin üzvləri partiya tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Daşdəmirbəyli kəndində seçicilərlə görüş keçiriblər.

Görüşdə Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının sədri Əli Hüseynov bildirib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çox böyük sürətlə inkişaf edib, nailiyyətlər, uğurlar əldə edib: «Cənab İlham Əliyevin rəhbərliyi dövründə respublikamız çox böyük inkişafa imza atıb. Elə buna görə də biz əminliklə deyə bilərik ki, seçicilər, o cümlədən ağsulular bu xidmətlərinə görə yenidən xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verəcəklər.»

Tədbirdə Mərkəzi Seçki Qərargahı Ağsu rayon şöbəsinin təbliğat–təşviqat qrupunun üzvləri – Sehrayə Hümbətova, Yaşar Qarayev, Seyfəddin Abdullayev, Tahir Xasi, Camaləddin Zeynalov Azərbaycanda olan yüksək inkişafdan, insanlara göstərilən qayğı və diqqətdən danışıblar. Qeyd olunub ki, ölkəmizin hər yerində olduğu kimi, Ağsu rayonu da inkişaf dövrünü yaşayıb və bu, davam etməkdədir.

Seçicilər adından Ələflan Məmmədov, Xalıq Qasımov çıxış edərək xalqın rifahı və ölkənin inkişafı naminə gördüyü böyük işlərə görə 11 aprel 2018-ci il tarixində seçki məntəqələrinə gələrək cənab İlham Heydər oğlu Əliyevə səs verəcəklərini böyük ruh yüksəkliyi ilə bildiriblər.


YAP Ağsu rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Daşdəmirbəyli kəndində seçicilərlə görüş keçiribYAP Ağsu rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Daşdəmirbəyli kəndində seçicilərlə görüş keçiribYAP Ağsu rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Daşdəmirbəyli kəndində seçicilərlə görüş keçirib

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər