Pensiyaçılara bayram müjdəsi

mar-14
19:27 2014
“Azərbaycanda mart ayı üzrə pensiyaların maliyyələşdirilməsi Novruz bayramınadək başa çatdırılıb”


Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) mart ayı üzrə pensiyaların maliyyələşdirilməsini başa çatdırıb. Fondun mətbuat xidmətindən verilən əmlumata görə, bu barədə KİV nümayəndələrinə açıqlama verən fondun sədri Elman Mehdiyev bildirib ki, mart ayı üzrə pensiyaların maliyyələşdirilməsinin Novruz bayramınadək yekunlaşdırılması planlaşdırılırdı.

Buna uyğun olaraq artıq pensiyaların maliyyələşməsi bütün ölkə üzrə tam başa çatdırılıb. Müvafiq vəsaitlər artıq pensiyaçıların hesablarına köçürülüb.
“Ümumilikdə, bu ilin yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem müşahidə olunmayıb”- deyə fondun sədri qeyd edib.

Qeyd edək ki, DSMF-dən verilən məlumata görə, 2014-cü ilin yanvarın 1-i tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 277 053 nəfər təşkil edir. Onlardan 62 faizi yaşa görə, 27,3 faizi əlilliyə görə, 10,7 faizi ailə başcısını itirməyə görə əmək pensiyası alır.


//ANS Press

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər