Rayonda cari ilin birinci yarım ilində əldə olunan sosial-iqtisadi göstəricilər müzakirə olundu

iy-31
12:44 2015
Rayonda cari ilin birinci yarım ilində əldə olunan sosial-iqtisadi göstəricilər müzakirə olundu























Respublikada aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olaraq 2015-ci ilin birinci yarısında Zaqatala rayonunda iqtisadiyyatın dinamik inkişafına nail olunub, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində işlər davam etdirilib

İlin birinci yarısında rayonda 80,8 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı sənayedə 1,8 faiz, kənd təsərrüfatında 21,4 faiz, rabitədə 9,1 faiz, ticarətdə 9,2 faiz artıb. Rayonda sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb, sahibkarlara 23 layihə üzrə 247,8 min manat həcmində güzəştli kredit verilib. İlin birinci yarısında rayonda 540-ı daimi olmaqla, 574 yeni iş yeri yaradılıb.

Bu faktlar Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı yanında şuranın geniş iclasında səsləndirilib.

Hesabatda bildirilib ki, “Kənd təsərrüfatı ili” çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2015-ci ilin birinci yarısında rayon taxılçıları 9623 hektar sahədən 25 min 931 ton məhsul əldə ediblər. Müddət ərzində rayonda 6132 ton kartof, 2260 ton tərəvəz, 181 ton bostan məhsulları, 719 ton meyvə, 16,6 ton tütün, 16,2 ton yaşıl çay yarpağı, həmçinin 4108 ton diri çəkidə ət, 18 min tondan çox süd, 9 milyon 53 min ədəd yumurta istehsal olunub.

Ekoloji məsələlər diqqət mərkəzində saxlanılıb, yol kənarlarında 17 min 500, inzibati ərazilərdə isə 115 mindən çox ağac əkilib, 40 hektar sahədə mədəni meşə əkini aparılıb.

Diqqətə çatdırılıb ki, 2015-ci ilin birinci yarısında rayonda bütün maliyyə mənbələri hesabına 5,5 milyon manat dəyərində tikinti, təmir və abadlıq işləri görülüb. Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı üçün yeni binanın, Yuxarı Tala və Yengiyan kəndlərində 450 və 264 şagird yerlik yeni məktəb binalarının, kənd təsərrüfatı idarəsi və rayon məhkəməsi üçün yeni inzibati binaların inşası davam etdirilib.

Hesabat dövründə Zaqatala şəhərinin “Sülh” küçəsində “Mərasimlər evi” tikilib istifadəyə verilib, Əliabad qəsəbəsi və Muğanlı kəndində uşaq bağçaları əsaslı təmir olunub, Zaqatala şəhərində 100 yerlik uşaq bağçasının tikintisi isə davam etdirilib.

Bundan əlavə, rayon ərazisində 135 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 3 ədəd 45 mənzilli yaşayış binasının, 150 şagird yerlik məktəb binasının, 50 yerlik uşaq bağçasının və digər obyektlərin tikintisinə başlanılıb.

İclasda ilin birinci yarısında rayon əhalisinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən də bəhs edilib. Diqqətə çatdırılıb ki, ötən müddət ərzində Əliabad qəsəbəsi və Makov kəndinə təbii qazın verilməsi təmin olunub, 5,7 kilometr uzunluğunda elektrik verilişi xətlərində təmir işləri aparılıb, 6,5 kilometr uzunluğunda SİP kabel xətti çəkilib, 123 köhnə elektrik dayağı yenisi ilə əvəzlənib, 5 yeni transformator məntəqəsi quraşdırılıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər